
Ötən il kredit qoyuluşları 29 milyardı keçib
2025-ci il yanvar ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit qoyuluşları 29 milyard 288,2 milyon manat təşkil edib.
Valyuta.az Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 faiz artım deməkdir. Qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 23 milyard 979,1 milyon manat təşkil edib.
Məlumatda deyilir ki, ümumi kredit portfelinin 24 milyard 373,5 milyon manatı və ya 83,2 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 93,8 faizi banklar, 6,2 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 2,6 faiz artaraq 449,1 milyon manat olub, onların ümumi kredit portfelində xüsusi çəkisi 0,3 faiz bəndi azalaraq 1,5 faiz təşkil edib.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay