
“CV Mərtəbə” cərimələndi
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Almas İldırım ünvanında yerləşən “CV Mərtəbə” adlı obyektə cərimə protokolu tərtib edilib.
Valyuta.az-ın məlumatına görə, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən sözügedən obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1 maddəsi ilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə, “CV Mərtəbə” adlı obyektə 1500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə görə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə olunur.
Sabiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay