BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
64969

Qış fəsli həm də avtomobil sürücüləri üçün çətin fəsil hesab olunur. Çünki avtomobillər üçün ən çətin şəraitlərdən biri qar və buzlu yollardır. 

Bəs yollarda hərəkətin çətinləşdiyi və əyləc məsafəsinin uzandığı qarlı və buzlu səthlərdə sürərkən nələri nəzərə almaq lazımdır? 

Doğrudur, belə olan halda xəbərdarlıqlara qulaq asmaq və zərurət olmadıqca tıxaclara çıxmamaq ən yaxşısı olsa da, qarlı havalarda yola çıxarkən diqqət edilməli məqamlar var. 

Valyuta.az onlardan bir neçəsini təqdim edir:

Mütləq qış təkərlərindən istifadə edilməlidir

Avtomobillərimizdə standart olaraq təkərlər 7 dərəcə və daha çoxda maksimum hərəkət təmin edə bilərlər. Temperatur 7 dərəcənin altına düşdükdə bu təkərlərdə yolda hərəkət problemi başlayır və əyləc məsafəsi uzanır. Buna görə qış mövsümündə mütləq qış təkəri istifadə edilməlidir.

Bəs qış təkəri alarkən nəyə diqqət edilməlidir?

Qış təkərləri 7 dərəcədən aşağı havalar üçün nəzərdə tutulub və havalar soyuduqca onların tutuş performansı artır və əyləc məsafəsini əhəmiyyətli dərəcədə azaldır.

Təkərlərin 4-də birlikdə dəyişin

Təkərlərdən yalnız ikisini qış təkərləri ilə əvəz etmək ciddi səhvdir. Bu şəkildə nəqliyyat vasitəsinin yerdə möhkəm dayanması mümkün deyil. Dörd təkərin hamısı qış təkərləri ilə dəyişilməlidir.

Şinin təzyiqini heç vaxt azaltmayın

Ən böyük səhvlərdən biri qarlı havada avtomobil təkərlərinin havasını azaltmaqdır. Bu böyük səhvə heç vaxt yol verilməməlidir. Təkərin təzyiqini aşağı salsanız, təkərin kənarlarına güc düşər, yerə basması lazım olan orta hissə ilə təmas problemi yaranar. Təkərlərdə hava təzyiqi azaldıqca, qarın boşaldılmasını təmin edən yivlər, kanallar və naxışlar arasındakı boşluq bağlanmağa başlayır. Bu səbəbdən yolda hərəkət  və sürüşmə problemləri başlayır.

Qarlı səthlərdə təhlükəsiz sürüş üçün təkər təzyiqlərini azaltmaq əvəzinə 2 psi artırmaq lazımdır. Havanı artıraraq, boşaltma kanalları arasındakı məsafə bir az daha açılır və yapışma artır. Normal səthlərdə avtomobil istehsalçısı tərəfindən göstərilən təkər təzyiqlərindən istifadə edilməlidir.

Hərəkət etdiyiniz zolağı dəyişməyin

Qarlı səthlərdə və gizli buzlanma olan ərazilərdə mümkün qədər az hərəkət etməli və lüzumsuz zolaq dəyişikliyinə yol verilməməlidir. Çünki ani və sərt sükan hərəkətləri nəticəsində avtomobilin çəkisinin ötürülməsi hər an pozula bilər və öndən və ya arxadan sürüşmə baş verə bilər. Yaxşı bir həll sükan hərəkətlərini çox yumşaq etmək və digər sürücülərin səhvlərindən təsirlənməmək üçün ara məsafəsini artırmaq olardı.

Ani olaraq qazı, əyləci basmayın və sürəti dəyişməyin

Yolda stabil dayanmağın çətin olduğu qarlı səthlərdə sürən sürücülər qəfil qaz və əyləc hərəkətlərindən çəkinməlidirlər. Hər hansı qəfil və ya sərt hərəkət sürüşmə problemlərinə səbəb olacaq. Qaz və əyləc pedallarından çox yumşaq istifadə edilməlidir.

Əyləcdən istifadə etmək əvəzinə sürəti azaltmağa üstünlük verən sürücülər ayağını çox yavaş-yavaş muftadan azad etməlidirlər. Əks halda yük birdən-birə qabağa yığılacaq, avtomobilin çəkisinin ötürülməsi pozulacaq və sürüşmə problemi başlayacaq.

Qarlı səthlərdə ön təkərlərə həddindən artıq güc verilməsi sürüşməyə səbəb ola bilər. Bu səbəbdən, avtomobili ikinci sürətə keçirərək, qaz və mufta hərəkətlərini çox yavaş tətbiq etməklə, hamar qalxmağa nail ola bilərsiniz. Bu seçimi olmayan avtomatik transmissiyalı avtomobillərdə qaz pedalına çox yavaş və tədricən basmaq kifayət edəcəkdir.

Sürərkən avtomobilin sürətinin artırılması qarlı səthlərdə dezavantaj yaradır. İkinci sürətdə 45 km/saat sürətlə getmək əvəzinə, üçüncü sürətdə eyni sürətlə getsəniz, avtomobilin yerdə dayanması bir az daha asan olacaq.

Buzlamanın gizli təhlükəsi 

Ərimiş qar suyu olan yerlər, körpülər və güclü küləyə məruz qalan ərazilər gizli buzlanma riski yaradır. Bu ərazilərə yaxınlaşarkən sürətinizi yarıya qədər azaldın və izləmə məsafəsini ikiqat artırın. Avtomobildə telefon və ya musiqi sistemləri kimi diqqəti yayındıran avadanlıqlarla məşğul olmayın, reflekslərinizi hazır saxlayın.

Qış təkərlərinə zəncir taxın

Qış təkərlərindən istifadə edən bir çox sürücülərin avtomobillərində zəncir yoxdur. Zəncirlər həm qanuni, həm də təhlükəsiz sürmə üçün avtomobildə saxlanmalıdır.

Müəyyən bir qar səviyyəsindən yuxarı qış təkərləri də tutma problemləri ilə üzləşir. Bu səbəbdən yolun xüsusilə buz bağlamış hissələrində yeganə çıxış yolu zəncirlərdən istifadə etməkdir. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda müavinət və təqaüdlər artacaq

Milyonçuların əməl etdiyi 5 qayda - “CNBC Make It”

Milyonçuların əməl etdiyi 5 qayda - “CNBC Make It”

Ötən il qeyri-neft-qaz sektorunda 11.5 mlrd. dollar kəsir qeydə alınıb

Qripin müayinə və müalicə xərcləri də icbari tibbi sığorta ilə qarşılanır? - AÇIQLAMA

Tarixi rekord: İlk dəfə 3 milyard avroluq hədd aşıldı

Liderlikdə səsin gücü - 5 vacib faktor - SƏHƏR OXUSU

Dənizlə gələn milyonlar - Dəniz nəqliyyatı ticarəti canlandırır

“İnstagram”da yeni funksiya sınaqdan keçirildi - Sosial media iki yerə bölündü

Tomat istehsalı artdı, gəlir azaldı - Paradoks yaradan statistika

Azərbaycan mebel idxalını artırıb

Meyvə və tərəvəz ixracında artım - Milyonlarla dollar gəlir əldə edilib

"Apple" şirkəti məhkəməyə verildi - Yalançı ittihamı irəli sürüldü

2 ayda xaricdən 187 min ton buğda almışıq

Bu ölkədən Azərbaycana pul köçürmələri 90% artıb

İşdə enerjinizi qoruyacaq 8 davranış

Ordubadın Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan xaricə investisiyaları 2.3 mlrd. manata yaxın azaldıb

Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub

Bölgələrdə həkim çatışmır - STATİSTİKA

Azərbaycana ən çox investisiya yatıran ölkələr - Cədvəl

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Yağış yağacaq, dolu düşəcək, külək güclənəcək

Builki qəbul imtahanlarında dəyişiklik gözlənilir?

Azərbaycan nefti bahalaşıb

"Bank Avrasiya"nın mənfəəti 2.5 mln.dan çox azalıb - Hesabat

Avropa Rusiya aktivləindən istifadə etməyə niyə tərəddüd edir? - "CNN"

Cari ildə bir nəfərə düşən ÜDM 1860 manatı ötüb

"Zoth" platformasında 8,4 mln. dollarlıq kriptovalyuta oğurluğu baş verib

Pul vasitədir, yoxsa məqsəd? - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin