Redaktor
"iPhone 17"nin prosessor müəmması: A18-ləmi gələcək, yoxsa A19-la?
"iPhone 17" seriyası ilə bağlı bu il bir çox iddialar ortaya atılıb. Selfi kameralarının 12 MP-dən 24 MP-ə yüksəldiləcəyi və əsas "iPhone 17" istisna olmaqla, seriyadakı bütün modellərin arxa tərəfində yeni kamera modulu ilə gələcəyi bildirilir.
Valyuta.az xəbər verir ki, əvvəllər yayılan məlumatlara görə, "iPhone 17"nin baza modelində ötənilki A18 prosessorunun istifadə olunacağı deyilirdi. Analitik Ceff Pu bu modelin yalnız A18 prosessoru ilə gələcəyini deyil, eyni zamanda 8 GB RAM-lə təchiz olunacağını da bildirmişdi. Bu da yeni model gözləyən istifadəçilər arasında narazılığa səbəb olmuşdu.
Lakin indi elə həmin Ceff Pu bu açıqlamasını təkzib edərək, baza "iPhone 17 "modelinin A19 prosessoru ilə gələcəyini bildirib. Onun sözlərinə görə, prosessorla bağlı əvvəlki gözləntilər dəyişib və artıq "iPhone 17"nin A19 ilə təchiz olunacağı ehtimal edilir. Bununla yanaşı, Ceff Pu 8 GB RAM-in baza modeldə qalacağını da təsdiqləyib:
"Artıq "iPhone 17" modelinin A19 ilə gələcəyini gözləyirik (əvvəlki gözlənti A18 idi). "iPhone 17 Pro" və "iPhone 17 Pro Max" modellərində 12 GB LPDDR5X DRAM, "iPhone 17 Ai"r modelində 12 GB LPDDR5 və "iPhone 17"də isə 8 GB LPDDR5 olacaq."
Digər tərəfdən, baza "iPhone 17" modelinin "Apple"ın öz daxili Wi-Fi çipləri ilə təchiz olunacağı da gözlənilir. Üstəlik, ABŞ prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı qərarlarının nəticəsi olaraq, bu ilki "iPhone" modellərində qiymət artımı yaşana bilər.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov
17.03.2026Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI
17.03.2026Sabah Azərbaycanda 17 dərəcə isti olacaq
17.03.2026Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®
17.03.2026Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı
17.03.2026"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi
17.03.2026Azərbaycanın strateji valyuta ehtiyatları 14,1 milyard dollar artıb
17.03.2026Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25% azalıb
17.03.2026"Google"un 32 milyard dollar ödədiyi startap: “Wiz” nədir?
17.03.2026Dünyanın ən varlı idman klubu sahiblərinin ilk 10-luğu
17.03.2026İnvestisiya növləri: sərvət yaratmaq üçün 10 geniş yayılmış seçim
17.03.2026Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi ®
17.03.2026Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır
17.03.2026
Köhnə rəhbərlər uduzacaq - Elmi idarəçilik zamanıdır
17.03.202613 yaşında proqramlaşdırmaya başlayan azərbaycanlı qız bu gün süni intellekt mühəndisidir
17.03.2026Avro bahalaşır
17.03.2026