Redaktor
"Microsoft" 200 nəfəri işdən çıxardı, işlərini süni intellektə həvalə etdi
Oyun sənayesi süni intellekt səbəbilə ciddi bir böhranla üz-üzə qala bilər. Bu böhranın ilk əlamətlərindən biri kimi "Microsoft" şirkətinin 200 oyun inkişaf etdiricisini işdən çıxarması göstərilir. Artıq bu şəxslərin yerinə onların da hazırlanmasına töhfə verdiyi süni intellekt sistemləri işə başlayır.
Valyuta.az xəbər verir ki, "Microsoft", "Candy Crush" oyununun istehsalçısı olan "King" studiyasında çalışan təxminən 200 nəfəri işdən çıxarıb. Qeyd olunan maraqlı məqam isə bu işçilərin bir vaxtlar üzərində işlədikləri süni intellekt alətlərinin, indi onların yerini tutmasıdır.
Hal-hazırda birbaşa kodlaşdırma ilə məşğul olan proqramçılar deyil, əsasən qrafik dizaynerlər, səviyyə dizaynerləri, istifadəçi təcrübəsi və istifadəçi araşdırmaları sahəsində çalışan komandalar işdən çıxarılıb. Bu bölmələrə isə artıq süni intellekt sistemləri inteqrasiya olunur.
Şirkət daxilindən sızan məlumatlara görə, süni intellekt səviyyələrin çətinlik dərəcəsini insanlardan daha effektiv şəkildə tənzimləyə bilir. Bu da komandaların daha çox sayda və daha dərindən səviyyə testi aparmasına imkan yaradır. Beləliklə, səviyyə dizaynı ilə məşğul olan insan resurslarına ehtiyac qalmadığı qənaətinə gəlinib.
Son dövrdə baş verən işdən çıxarmalar "Microsoft"un oyun bölməsində yaxın zamanlarda daha ciddi hiss oluna bilər. Yenə də şirkət daxilindən əldə olunan məlumatlara əsasən, "Halo Studios"da çalışan ən azı beş nəfər də işdən çıxarılıb. Bu isə "Microsoft Oyun" bölməsinin rəhbəri Fil Spenserin "Xbox"un mövcud gəlirliliyini təqdir edən daxili məktubundan dərhal sonra baş verib.
Yəni "Microsoft" yüksək gəlir əldə etməsinə baxmayaraq, əvəzləyə bildiyi insanları süni intellektlə əvəz etməyə başlayıb. Əgər bu meyil oyun sektoru ilə məhdudlaşmayaraq digər iqtisadi sahələrə də yayılarsa, süni intellektin geniş kütlələri işsiz qoyması səbəbilə küçə etirazlarının başlaması və insanların süni intellektin istifadəsini məhdudlaşdıran qanunlar tələb etməsi ehtimalı da yüksək görünür.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov
17.03.2026Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI
17.03.2026Sabah Azərbaycanda 17 dərəcə isti olacaq
17.03.2026Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®
17.03.2026Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı
17.03.2026"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi
17.03.2026Azərbaycanın strateji valyuta ehtiyatları 14,1 milyard dollar artıb
17.03.2026Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25% azalıb
17.03.2026"Google"un 32 milyard dollar ödədiyi startap: “Wiz” nədir?
17.03.2026Dünyanın ən varlı idman klubu sahiblərinin ilk 10-luğu
17.03.2026İnvestisiya növləri: sərvət yaratmaq üçün 10 geniş yayılmış seçim
17.03.2026Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi ®
17.03.2026Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır
17.03.2026
Köhnə rəhbərlər uduzacaq - Elmi idarəçilik zamanıdır
17.03.202613 yaşında proqramlaşdırmaya başlayan azərbaycanlı qız bu gün süni intellekt mühəndisidir
17.03.2026Avro bahalaşır
17.03.2026