Redaktor
Vəzifələri başqalarına iş tapmaq idi, süni intellektə görə işsiz qaldılar
İş axtaranlar üçün vacib platformalar olan "Indeed" və "Glassdoor" Yaponiya mərkəzli ana şirkəti "Recruit Holdings"in iş proseslərində süni intellektə daha çox yer verməyə başlaması ilə böyük bir dəyişim prosesinə girir. Təəssüflü bir şəkildə, bu platformaların işçiləri (yəni iş axtaranlara dəstək göstərən və işəgötürənlərə işçi tapmaq kimi missiyası olan insanlar) öz işlərini itirir. Hazırda təxminən 1.300 nəfərin işdən çıxarılması planlaşdırılır.
Valyuta.az xəbər verir ki, bundan əlavə, gələcəkdə "Glassdoor" və "Indeed" daha inteqrasiya olunmuş şəkildə işləyəcək və "Glassdoor"un əməliyyatları "Indeed"ə təhvil veriləcək.
"Reuters"a sızan daxili şirkət yazışmalarına görə, bu işdən çıxarmalar yalnız Tədqiqat-İnkişaf (R&D) və texnologiya şöbələri ilə məhdudlaşmayacaq, bütün şirkət işçilərinə təsir edəcək.
"Recruit Holdings" iş proseslərini süni intellektlə daha səmərəli etmək məqsədində olduqlarını bildirir. "Süni intellekt dünyanı dəyişdirir və biz də bu dəyişikliyə uyğunlaşmalıyıq" deyən baş birektor Hisayuki İdekoba texnologiyanın sürətlə inkişaf edən rolunu vurğulayıb. Şirkət süni intellekt dəstəkli sistemlərinin hər 2,2 saniyədə bir nəfərə iş tapdığını ifadə edir.
Struktur dəyişiklikləri şirkətin üst rəhbərliyinə də təsir edir. "Glassdoor"un baş direktoru 1 oktyabr tarixində vəzifəsindən ayrılacaq. Həmçinin, "Indeed"in İnsan Resursları meneceri də şirkətdən ayrılacaq, lakin dəqiq tarix hələ açıqlanmayıb. Süni intellektin iş qüvvəsini çevirməsi artıq texnologiya nəhəngləri üçün təəccüblü deyil. Məsələn, "Microsoft" yaxınlarda 9.000 nəfəri işdən çıxaracağını elan etdi. Yenə də şirkət rəhbərləri, süni intellektin insanları tamamilə əvəz edəcəyi fikrinə razı deyil.
"Amazon"da da oxşar vəziyyət
"Amazon"un baş direktoru Endi Cessi isə bu mövzuda daha aşkar şəkildə danışıb. CNBC-ə verdiyi müsahibədə, süni intellektin şirkət əməliyyatlarındakı rolu artdıqca daha az işçiyə ehtiyac olacağını bildirdi.
Cessi 17 İyunda işçilərinə göndərdiyi qeyddə deyib: "Süni intellekt şirkət üzrə məhsuldarlığı artıracağı üçün, ağ yaxalı işçilərin sayının gələn illərdə azalacağını gözləyirik"
Bu dəyişikliklər, süni intellektin iş dünyasındakı rolunun artan təsirini və işçilər üçün qeyri-müəyyənlik yaradan bir dövrü nümayiş etdirir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov
17.03.2026Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI
17.03.2026Sabah Azərbaycanda 17 dərəcə isti olacaq
17.03.2026Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®
17.03.2026Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı
17.03.2026"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi
17.03.2026Azərbaycanın strateji valyuta ehtiyatları 14,1 milyard dollar artıb
17.03.2026Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25% azalıb
17.03.2026"Google"un 32 milyard dollar ödədiyi startap: “Wiz” nədir?
17.03.2026Dünyanın ən varlı idman klubu sahiblərinin ilk 10-luğu
17.03.2026İnvestisiya növləri: sərvət yaratmaq üçün 10 geniş yayılmış seçim
17.03.2026Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi ®
17.03.2026Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır
17.03.2026
Köhnə rəhbərlər uduzacaq - Elmi idarəçilik zamanıdır
17.03.202613 yaşında proqramlaşdırmaya başlayan azərbaycanlı qız bu gün süni intellekt mühəndisidir
17.03.2026Avro bahalaşır
17.03.2026