Redaktor
Yeni nəsil media interfeysi GPMI, HDMI-nı əvəz edə bilərmi?
Uzun illərdir rəqəmsal media bağlantılarının əsas standartı sayılan HDMI texnologiyası yüksək lisenziya xərcləri və performans məhdudiyyətləri səbəbilə sorğulanmağa başlanıb.
Valyuta.az xəbər verir ki, Çindən gələn son məlumatlara əsasən, HDMI-nin yerini almağa namizəd yeni nəsil interfeys - GPMI (Ümumi Məqsədli Media İnterfeysi) - xüsusilə Çin bazarında artan tətbiq sahəsi ilə qlobal transformasiyanın siqnalını verir.
HDMI texnologiyası nə təklif etmişdi?
2002-ci ildən etibarən demək olar ki, bütün televizor və monitorlarda istifadə edilən HDMI (High Definition Multimedia Interface) texnologiyası, bir kablo ilə həm görüntü, həm də səs ötürmək imkanına sahib olması ilə bazarda sürətlə liderə çevrilmişdi. Zamanla bir neçə versiya ilə təkmilləşdirilən HDMI, 2.2 versiyasında 96 Gbps ötürmə sürətinə çataraq güclü performans sərgiləmişdi. Bununla yanaşı, rəqəmsal müəllif hüquqları qoruma texnologiyası (HDCP) və CEC (İstehlakçı Elektronikası Nəzarəti) də HDMI-yə əlavə üstünlüklər gətirmişdi.
HDMI texnologiyası lisenziyalaşdırılmış, ticarətə bağlı bir formatdır və istehsalçılar üçün əlavə maliyyət yaradır. Bununla yanaşı, günümüzdə 8K və ya daha yüksək keyfiyyətli görüntülərin ötürülməsi ehtiyacları 96 Gbps-lik sürətin də məhdudluğunu ortaya çıxarır. HDMI hələ də bazarın öncüsü olsa da, yeni texnologiyalara yer açmaq məcburiyyətində qalır.
GPMI səhnəyə çıxır
GPMI Shenzhen 8K UHD Video Sənaye Əməkdaşlığı tərəfindən təqdim olunmuş və HDMI-nin ikiqat sürətini (192 Gbps) təklif edən yeni media interfeysi standartıdır. Təkcə görüntü və səs deyil, həm də şəbəkə bağlantısı, məlumat ötürülməsi və güc paylaşımını tək kablo üzərindən həyata keçirmə imkanı GPMI-ni “hamısı bir arada” həllə çevirir. GPMI, 480 Vt güc ötürmə bacarığı ilə də seçilir.
Yeni “Type-B” kablosu nədir?
GPMI ilə birlikdə təqdim edilən Type-B adlı yeni kablo USB-C konnektorunun dəstəklədiyi sürət və gücün ikiqatını təmin edir. Hal-hazırda bu format patentləşdirilmədiyi üçün istehsalçılara daha az xərc və çevik dizayn imkanları təqdim edir.
Çin dəstəkləyir, dünya gözləyir
"Huawei", "Hisense" və TCL kimi Çin texnologiya nəhəngləri GPMI texnologiyasını dəstəkləyir. Üstəlik, USB Assosiasiyasının bu texnologiyanı təsdiqləməsi GPMI-nin mövcud cihazlarla uyğunluq potensialını artırır. Bununla belə, LG, "Samsung" və "Sony" kimi qlobal TV istehsalçılarının hələ açıq mövqe bildirməməsi GPMI-nin qlobal gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradır.
GPMI HDMI-nin yerini alacaqmı?
Texnoloji keçidlər adətən 2 illik dövr ərzində baş verir. GPMI texnologiyasının da eyni müddətdə bazarda tətbiq oluna biləcəyi düşünülür. Bu müddət ərzində GPMI-nin təklif etdiyi zəncirvari şəbəkələşmə, güc paylaşımı və yüksək ötürmə sürətləri istifadəçi təcrübəsinə necə təsir edəcək, zaman göstərəcək.
Nəticə olaraq, HDMI illərdir öz mövqeyini qorusa da, texnologiyanın sürətli inkişafı və artan tələblər yeni alternativlərin önünü açır. GPMI hələ erkən mərhələdə olsa da, daha sürətli, güclü və daha sərfəli olması ilə yaxın illərdə HDMI-nin ciddi rəqibi ola bilər.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il Azərbaycanda yaşıl dövlət istiqrazlarının buraxılması planlaşdırılır
08.12.2025Daha 207 mənzil ucuz qiymətə satışa çıxarıldı
08.12.2025İş adamının 4 milyonu ələ keçirildi - Biri federasiya prezidenti olub
08.12.2025
Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
08.12.2025"By Ruslan"ın sahibi yeni restoran açır: "Əlimdən hər şeyi ala bilərlər, amma..."
08.12.2025Dövlət Gömrük Komitəsi büdcə proqnozuna tam əməl edə bilməyib
08.12.2025
"Wall Street"in aparıcı strateqlərindən 2026-cı il üçün proqnozlar
08.12.2025Əmlak sığortası üzrə 196 milyon sığorta haqqı ödənilib
08.12.2025Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI
08.12.2025Bəzi məhsullar niyə məhz kassa yanında olur?
08.12.2025Bu kolleclərə yeni təyinatlar oldu
08.12.20252026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər keşbek verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025