Redaktor
Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI
Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30–150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər.
Valyuta.az qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir.
10. Sofitel St. James Hoteli, London – 55,000 dollar
Londonda yerləşən dəbdəbəli Sofitel St. James hoteli 2010-cu ildə Baccarat kristal evi və Louis XIII Grand-Champagne ilə əməkdaşlıq edərək 55 min dollarlıq qiymətləndirilən Yeni il ağacı təqdim etdi. Ağacda Baccarat tərəfindən hazırlanmış və şampanla doldurulmuş 200 ədəd əl işi mini şüşə yer alırdı.
9. City Centre, Honq Konq – 1,4 milyon dollar
2010-cu ildə Honq Konq şəhəri 90 fut (təxminən 27 metr) hündürlüyündə Yeni il şam ağacı ilə bayram əhval-ruhiyyəsini işıqlandırdı. Ağac 20 milyondan çox Swarovski kristalı və 200 bəzək elementi ilə bəzədilmişdi.
8. Soo Kee zərgərlik mağazası, Sinqapur – 1,5 milyon dollar
Bu 6 metrlik ağac 3,762 ədəd kristal muncuq, 500 işıq və ümumilikdə 900 karatdan çox brilyant ilə bəzədilmişdi. Onun çəkisi 3 ton-dan artıq idi və dəyəri təxminən 1,55 milyon dollar olaraq qiymətləndirilmişdi.
7. Ginza Tanaka zərgərlik mağazası, Yaponiya – 1,6 milyon dollar
2008-ci ildə Yaponiyanın Osaka şəhərində yerləşən “Ginza Tanaka” mağazasında nümayiş etdirilən bu ağac 24 karat saf qızıldan hazırlanmışdı. Üzərində 240-dan çox brilyant və mirvari olan ağac 1,6 milyon dollara qiymətləndirilmişdi.
6. Queen Victoria Binası, Avstraliya – 1,6 milyon dollar
Sidneydə yerləşən Queen Victoria Binasında 2008-ci ildə nümayiş etdirilən bu şam ağacı 4 mərtəbə hündürlüyündə idi. Ağac 8,000 bəzək topu, 40,000 işıq, 400 lent və 1,500 Swarovski kristalı ilə bəzədilmişdi. Bu binada hər il böyük ölçülü şam ağacları qurulması artıq ənənəyə çevrilib.
5. Berlin mərkəzi dəmiryolu vağzalı, Almaniya – 1,6 milyon dollar
2006-cı ildə Almaniyanın Berlin şəhərindəki mərkəzi stansiyada yerləşdirilən bu Yeni il ağacı təxminən 40,000 Swarovski kristalı ilə bəzədilmişdi. Ağac ictimai məkanda yerləşdirildiyindən, hər kəsin görməsi üçün əlçatan olmuşdu.
4. Takashimaya mağazası, Çin – 1,8 milyon dollar
2008-ci ildə bu 15 düymlük (təxminən 38 sm) ağac üzərində 400 ədəd brilyant (Avstraliya və Cənubi Afrikadan alınmış) yerləşdirilmişdi. Ağac oyuncaqlı bir ayı və uyğun zinət əşyaları ilə birlikdə satılmışdı.
3. Steve Quick zərgərlik evi, ABŞ – 1,8 milyon dollar
Bu Yeni il ağacı 18 karatlıq qızıl və 200 karatdan çox brilyant ilə bəzədilmişdi. Ağacın üstündəki brilyantlar ona sanki qar yağmış effekti verirdi.
2. Şoqo Kariyazaki, Yaponiya – 2 milyon dollar
2011-ci ildə məşhur çiçək düzüm sənətçisi Şoqo Kariyazaki tərəfindən hazırlanmış bu ağac saf qızıldan hazırlanmış saplağa malik idi. 8 fut (təxminən 2,4 metr) hündürlüyündəki ağacın üzərində qızıldan hazırlanmış ürəklər, lentlər və güllər vardı. Ağacın ümumi dəyəri 2 milyon dollar idi.
1. Emirates Palace Hotel, Əbu-Dabi – 11,4 milyon dollar
Əbu-Dabidəki dəbdəbəli Emirates Palace Hotel 2010-cu ildə 13 fut (təxminən 4 metr) hündürlüyündə və 11,4 milyon dollar dəyərində Yeni il ağacı nümayiş etdirdi. Ağac “Style Gallery” zərgərlik evindən gətirilmiş zümrüdlər, mirvarilər, brilyantlar, sapfir və digər qiymətli daşlarla bəzədilmişdi.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
08.12.2025"By Ruslan"ın sahibi yeni restoran açır: "Əlimdən hər şeyi ala bilərlər, amma..."
08.12.2025Dövlət Gömrük Komitəsi büdcə proqnozuna tam əməl edə bilməyib
08.12.2025
"Wall Street"in aparıcı strateqlərindən 2026-cı il üçün proqnozlar
08.12.2025Əmlak sığortası üzrə 196 milyon sığorta haqqı ödənilib
08.12.2025Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI
08.12.2025Bəzi məhsullar niyə məhz kassa yanında olur?
08.12.2025Bu kolleclərə yeni təyinatlar oldu
08.12.20252026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər keşbek verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025