Redaktor
Yaşam sığortası üzrə ödənişlər və yığımlar artıb
Cari ilin yanvar-oktyabr aylarında həyatın yaşam sığortası üzrə 589 milyon 494 min manat sığorta haqqı ödənilib.
Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu, 88 milyon 262 min manat və ya 17,6% artım deməkdir.
Ötən ilin yanvar-oktyabr aylarında həyatın yaşam sığortası üzrə 501 milyon 232 min manat sığorta haqqı ödənilib.
Bu ilin yanvar-oktyabr aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 537 milyon 415 min manat olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 137 milyon 338 min manat və ya 34,32% artım deməkdir.
Nəzərə çatdıraq ki, ötən ilin yanvar-oktyabr aylarında 400 milyon 77 min manat həyatın yaşam sığortası üzrə ödənişi həyata keçirilib.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər