Redaktor
Yaddaş böhranı prosessorlara da çatdı
Video kartlar, RAM, SSD və soyutma sistemlərindən sonra süni intellektin sürətli inkişafı prosessor seqmentinə də təsir göstərməyə başlayıb, hələlik yalnız server prosessorları üzrə.
Valyuta.az "Reuters"ə istinadən xəbər verir ki, AMD və "Intel" müştərilərini yeni partiyaların gecikməsi barədə məlumatlandırıb.
Məsələn, ümumi Intel gəlirlərinin 20%-dən çoxunun düşdüyü Çin bazarında "Xeon" prosessorlarına güclü çatışmazlıq müşahidə olunur – onların qiyməti 10% artıb və almaq üçün gözləmə siyahısına yazılmaq lazımdır. Bəzi hallarda çatdırılma müddəti altı aya qədər uzanır.
"Intel" etiraf edib ki, süni intellektin sürətli tətbiqi rekord tələbat yaradıb. Şirkət istəsə də, istehsal gücünü artırmaq imkanları hələ çatmır. Lakin aktiv tədbirlər görülür və çatdırılma vəziyyətinin 2026-cı ilin ikinci rübündə yaxşılaşması gözlənilir.
AMD də bəzi məhsullar üzrə çatdırılma məhdudiyyətləri barədə müştəriləri xəbərdar edib – sifarişlərin icra müddəti 8-10 həftəyə qədər artıb. Şirkət TSMC-dən daha çox prosessor ala bilmir, çünki TSMC fabrikləri "Nvidia" və digər prioritet müştərilərin sifarişləri ilə doludur.
Ekspertlər bildirirlər ki, bu vəziyyət zamanla istehlakçı seqmentinə də təsir edə bilər. Server və adi prosessorlar arasında fərqlər olsa da, tədarük zəncirləri bir-birinə bağlıdır və tələbatın artması masaüstü prosessorların qiymətinin yüksəlməsinə səbəb ola bilər.
Əvvəlki məlumatlara görə, 2026-cı ildə "Nvidia" 30 il ərzində ilk dəfə yeni video kart buraxmayacaq. Həmçinin şirkət RTX 50xx istehsalını azaltmaq və növbəti oyun GPU nəsilini təxirə salmaq niyyətindədir.
Eyni zamanda KİV bildirir ki, AMD video kartları artıq ilin əvvəlindən ikinci dəfə qiymət artımı yaşayacaq. Yanvar ayında "Radeon RX 9000" modellərinin qiyməti təxminən 5-10% yüksəlmişdi.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026