Redaktor
Azərbaycan bu ölkədən kiloqramı 90 manatdan kibrit gətirib
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana ümumilikdə 792,34 ton kibrit idxal olunub.
Valyuta.az xəbər verir ki, idxal olunan kibritin ümumi dəyəri 955,16 min ABŞ dolları təşkil edib.
Rəsmi statistikaya əsasən, idxalın əsas hissəsi Rusiya ilə bağlı olub. Bu ölkədən Azərbaycana 791,37 ton kibrit gətirilib. Rusiyadan idxal edilən məhsulun dəyəri 943,43 min ABŞ dolları olub. Nəticədə Rusiyadan gətirilən kibritin 1 kiloqramının orta qiyməti 1,19 ABŞ dolları, yaxud 2,02 manat təşkil edib.
Hesabat dövründə ABŞ-dən ölkəyə 0,02 ton kibrit idxal olunub. Bu məhsulun dəyəri 0,44 min ABŞ dolları olub. ABŞ mənşəli kibritin 1 kiloqramının qiyməti 22 dollar, yəni 37,4 manat səviyyəsində qeydə alınıb.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından isə Azərbaycana 0,08 ton kibrit gətirilib. İdxalın dəyəri 4,28 min ABŞ dolları təşkil edib. Bu ölkədən idxal olunan kibritin 1 kiloqramı 53,8 dollar, yaxud 90,95 manat olub.
Eyni dövrdə Çindən ölkəyə 0,63 ton kibrit idxal edilib. İdxalın dəyəri 2,08 min ABŞ dolları olub. Çin mənşəli kibritin 1 kiloqramı 3,30 dollar və ya 5,61 manat təşkil edib.
Türkiyədən Azərbaycana 0,2 ton kibrit idxal olunub. Bu idxalın dəyəri 4,43 min ABŞ dolları olub. Türkiyə istehsalı kibritin 1 kiloqramının qiyməti 22,15 dollar, yəni 37,65 manat səviyyəsində qeydə alınıb.
Hesabat dövründə Almaniyadan isə ölkəyə 0,04 ton kibrit gətirilib. İdxalın dəyəri 0,25 min ABŞ dolları olub. Almaniya mənşəli kibritin 1 kiloqramı 6,25 dollar və ya 10,62 manat təşkil edib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026