Xəzərin sahillərində minlərlə batağan quşu tələf olub

Redaktor

23.02.2026 10:35
1,105

Xəzərin sahillərində minlərlə batağan quşu tələf olub - FOTOLAR

Cəsədlər kilometrlərlə məsafədə sahilboyu əraziyə səpələnib

Xəzər dənizinin sahilboyu ərazilərində batağan (Podicipedidae) quşlarının kütləvi ölümü qeydə alınıb.

Valyuta.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Xaçmazın Niyazabad kəndi yaxınlığında dəniz kənarında minlərlə quş cəsədlərinə rast gəlinir. Cəsədlər kilometrlərlə məsafədə sahilboyu əraziyə səpələnib.

Balıqçılar bildirirlər ki, bu ərazidə batağan quşlarının kütləvi ölümü daha çox fevral ayının əvvələrində müşahidə olunub.

“Mən bu yerlərdə tez-tez oluram. İyirmi gündən çoxdur bu quşların cəsədləri sahilə səpələnib. Əvvəl quşların diri olanları da vardı. Dəstə ilə bir yerə toplaşıb hərəkətsiz dururdular. Yaxınlaşıb toxunanda belə uçmurdular. Götürüb, suya atsaq da, yenidən ləpə vurub sahilə çıxarırdı. Sahildə boyunlarını büküb, soyuqdan ölürdülər. Mən buradan 5-6 kilometr məsafədə maşınla gedib-gəlirəm. Hər yer bu quşların cəsədləri ilə doludur. İndi cəsədlər nisbətən azalıb. Yırtıcı heyvanlar cəsədləri daşıyıb aparır”, - deyə rayon sakini Anar Mikayılov söyləyib.

Son günlər batağan quşlarının cəsədlərinə Xəzərin paytaxt və digər sahilboyu ərazilərində də rast gəlinib. Quşların kütləvi ölüm səbəbi daha çox təbii amillərlə, xəstəliklə və ya qida çatışmazlığı ilə əlaqələndirilsə də, daha dəqiq məlumat yalnız mütəxəssislər tərəfindən aparılan araşdırmalardan sonra müəyyənləşəcək.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"OPEC+" ölkələri neft hasilatının 206 min b/s artırılmasını razılaşdırıb

01.03.2026

İrandan Azərbaycan sərhədi ilə 53 vətəndaşımız, 37 əcnəbi təxliyə edilib

01.03.2026

Sabiq deputat orqanlarını bağışladı

01.03.2026

Sabah Bakıda hava küləkli olacaq, rayonlara yağış yağacaq

01.03.2026

Tarixin ən böyük investisiya turu: "OpenAI" 110 milyard dollar investisiya aldı

01.03.2026

Azərbaycanda məşhur səhifə 15 min manata satışa çıxarıldı

28.02.2026

Tikinti sektorundan yüksək gəlirli sahəyə keçdi

28.02.2026

"Burger King" əməkdaşların davranışını süni intellektlə ölçəcək

28.02.2026

Dubaya getmək istəyənlərin nəzərinə

28.02.2026

Bakı-Naxçıvan-Bakı avtobusları fəaliyyətini dayandırdı

28.02.2026

Azərbaycanın avtomobil istehsalı 71%-dən çox artıb

28.02.2026

Bu şəxslərə inanmayın:Pulunuz oğurlana bilər - VİDEO

28.02.2026

"eBay" 800-ə yaxın əməkdaşını ixtisar edəcək

28.02.2026

Ev tikmək istəyənlərin nəzərinə: Hansı qaydaları bilmək lazımdır? - VİDEO

28.02.2026

Tovuzda “Mercedes C180” 800 manata hərracda satışa çıxarılır

28.02.2026

Azərbaycan nefti ucuzlaşıb

28.02.2026

Yolların kənarlarındakı köşklər yığışdırılır? - VİDEO

28.02.2026

Rəvan Əlizadəyə yüksək vəzifə verildi

28.02.2026

Bank sektorunda son 5 ildə neçə nəfər işçi işləyib? - CƏDVƏL

28.02.2026

İflasdan sonra yenidən yüksələn 8 məşhur şirkət - SƏHƏR OXUSU

28.02.2026

Məzənnə

Yüklənir...