"WhatsApp"a daha bir yenilik gəldi

Redaktor

18.10.2025 15:28
459

"WhatsApp"a daha bir yenilik gəldi

"WhatsApp" tanımadığınız kontaktlara göndərilən aylıq mesaj sayına məhdudiyyət tətbiqini sınaqdan keçirir. 

Valyuta.az xəbər verir ki ə, yeni funksiya spam mesajlarının qarşısını almaq və istifadəçi qutularını daha səliqəli saxlamaq məqsədi daşıyır.

Platforma həm adi istifadəçiləri, həm də biznes hesablarını bu dəyişikliklərə daxil etməyi planlaşdırır. Məqsəd - cavab almadan çoxsaylı mesaj göndərən hesabların fəaliyyətini məhdudlaşdırmaqdır.

Bir vaxtlar sadəcə dostlar arasında yazışma vasitəsi olan "WhatsApp" indi icmalar, biznes yazışmaları və müştəri xidmətləri üçün geniş istifadə olunur. Lakin bu artım spam mesajların çoxalmasına da səbəb olub.

Yaxın zamanda "WhatsApp" buraxılmış zənglər üçün səsli ismarıc buraxmaq funksiyasını da istifadəyə verəcək.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...