Redaktor
Vəkillik karyerasını tərk edib, LEGO ilə milyonluq biznes qurdu - SƏHƏR OXUSU
Neytan Savaiya (Nathan Sawaya) uzun illər Nyu-Yorkda hüquqşünas kimi çalışıb. O, böyük hüquq şirkətində korporativ hüquq və birləşmə müqavilələri üzərində işləyirdi.
Valyuta.az xəbər verir ki, gün ərzində mürəkkəb hüquqi sənədlərlə məşğul olan Savaiya axşamlar isə stressdən uzaqlaşmaq üçün uşaqlıqdan sevdiyi LEGO parçaları ilə müxtəlif fiqurlar hazırlayırdı.
Başlanğıcda bu sadəcə hobbi idi. Lakin hazırladığı işləri internetdə paylaşdıqdan sonra gözlənilməz maraq gördü. Hətta bir müddət sonra onun saytı böyük trafik səbəbindən çökdü. Bu maraq Neytan Savaiya üçün dönüş nöqtəsinə çevrildi.
2004-cü ildə o, hüquq şirkətindəki işindən ayrılaraq tamamilə LEGO sənəti ilə məşğul olmağa qərar verdi. Bir çox insan bu qərarı riskli hesab edirdi. Çünki həmin dövrdə LEGO əsasən oyuncaq kimi qəbul olunurdu və bunun peşəkar sənətə çevriləcəyinə çoxları inanmırdı.
Neytan Savaiya isə LEGO parçalarını sənət materialına çevirdi. O, minlərlə detal istifadə edərək insan fiqurları, məşhur sənət əsərləri və böyük ölçülü heykəllər hazırlamağa başladı. Sonradan “The Art of the Brick” adlı sərgisi yaradıldı və bu layihə dünyanın müxtəlif ölkələrində nümayiş etdirildi.
Bu gün Neytan Savaiya dünyanın ən tanınan LEGO sənətçilərindən biri hesab olunur. Onun işləri beynəlxalq muzeylərdə nümayiş etdirilib, böyük markalar və məşhurlarla əməkdaşlıqları olub. O, artıq LEGO ilə işləməyi sadə hobbi yox, qlobal sənət və biznes modelinə çevirib.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərHesablama Palatasına yeni səlahiyyət verilir
04.06.2026275 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək
04.06.2026“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib
04.06.2026Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək
04.06.2026
20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026