Redaktor
Uorren Baffet 1,3 milyard dollardan çox pulu xeyriyyə fondlarına bağışlayacaq
“Berkshire Hathaway” şirkətinin sədri Uorren Baffet bazar ertəsi səhmdarlara ünvanladığı məktubda bildirib ki, baş direktor vəzifəsini tərk etməyə hazırlaşsa da, şirkətdə sədr kimi qalacaq və gələcək rəhbər Qreq Eybelə tam dəstək verəcək. O, həmçinin böyük səhmdar kimi “Berkshire”in istiqamətini qoruyacağını və səhmlərini saxlamağı planlaşdırdığını qeyd edib.
O, “Berkshire Hathaway”i 1965-ci ildən idarə edir və şirkəti adi tekstil müəssisəsindən 1,07 trilyon dollarlıq qlobal holdinqə çevirib.
Baffet məktubunda ailə xeyriyyə fondlarına ianələrin sürətləndirildiyini də açıqlayıb. Qızı Syuzi (72 yaş), oğlanları Hovard (70 yaş) və Piterin (67 yaş) rəhbərlik etdiyi fondlara vəsaitlərin daha tez ayrılacağını bildirib. Bunun şirkətin gələcək planlarına təsir etməyəcəyini vurğulayıb.
O, ötən il vəfat edən iş yoldaşı Çarli Manqerə istinad edərək qeyd edib ki, Eybelə tam etimad formalaşana qədər “Berkshire”in A sinifli səhmlərinin böyük hissəsini özündə saxlayacaq:
“Bu səviyyədə inamın yaranması çox çəkməyəcək. Uşaqlarım artıq Qreqin arxasındadır, eləcə də ‘Berkshire’ direktorlar şurası.”
Baffet bazar ertəsi ümumi dəyəri 1,3 milyard dollardan çox olan, 1 800 “Berkshire” A sinifli səhm ekvivalentində payı övladlarının rəhbərlik etdiyi dörd ailə fonduna ianə olaraq ayırıb. Bu məqsədlə o, 1 800 A kateqoriyalı səhmi 2 700 000 B kateqoriyalı səhmə çevirib. Onlardan 1 500 000 səhm “Susan Thompson Buffett” fonduna, hər biri 400 000 səhm isə “Howard Buffett”, “The Sherwood” fondlarına və “NoVo”ya bağışlanacaq.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSabah Azərbaycanda 17 dərəcə isti olacaq
17.03.2026Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®
17.03.2026Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı
17.03.2026"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi
17.03.2026Azərbaycanın strateji valyuta ehtiyatları 14,1 milyard dollar artıb
17.03.2026Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25% azalıb
17.03.2026"Google"un 32 milyard dollar ödədiyi startap: “Wiz” nədir?
17.03.2026Dünyanın ən varlı idman klubu sahiblərinin ilk 10-luğu
17.03.2026İnvestisiya növləri: sərvət yaratmaq üçün 10 geniş yayılmış seçim
17.03.2026Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi ®
17.03.2026Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır
17.03.2026
Köhnə rəhbərlər uduzacaq - Elmi idarəçilik zamanıdır
17.03.202613 yaşında proqramlaşdırmaya başlayan azərbaycanlı qız bu gün süni intellekt mühəndisidir
17.03.2026Avro bahalaşır
17.03.2026