Redaktor
"Trump Media" bu şirkətlə 6 milyard dollarlıq saziş imzalayıb
Donald Trampa məxsus sosial media şirkəti "Trump Media" ilə "Google" tərəfindən dəstəklənən termoyadroviy enerji şirkəti "TAE Technologies" arasında 6 milyard dollar dəyərində səhmdarlıq birləşməsi barədə saziş imzalanıb.
Valyuta.az xəbər verir ki, sazişin əsas məqsədi nüvə termoyadro texnologiyasının kommersiya məqsədilə tətbiqi və genişmiqyaslı elektrik stansiyasının qurulmasıdır.
1990-cı illərdə yaradılmış "TAE Technologies" termoyadroviy enerji sahəsində fəaliyyət göstərən ən tanınmış özəl şirkətlərdən biri hesab olunur. “Google” və “Chevron” kimi iri şirkətlər tərəfindən dəstəklənən bu müəssisə karbon emissiyasız, təmiz enerji istehsalına yönəlmiş qabaqcıl texnologiyaların inkişafı ilə məşğuldur. Bununla belə, termoyadroviy enerjinin kommersiyalaşdırılması hələ də uzunmüddətli hədəf kimi qiymətləndirilir.
Birləşmə çərçivəsində "Trump Media" şirkəti "TAE Technologies"ə 300 milyon dollar həcmində kapital yatırımı həyata keçirməyi öhdəsinə götürüb. Hazırda mənfəət əldə etməyən "Trump Media" son rübdə ciddi maliyyə itkisi ilə üzləşdiyini açıqlayıb. Buna baxmayaraq, şirkət siyasi təsir imkanları və maliyyə dairələrinə çıxışı baxımından "TAE" üçün potensial strateji tərəfdaş kimi dəyərləndirilir.
Saziş həm iddialı məqsədləri, həm də tərəflərin fəaliyyət sahələrinin tamamilə fərqli olması səbəbindən geniş ictimai və sənaye dairələrində müzakirələrə səbəb olub. "TAE Technologies" rəhbərliyi ilk elektrik stansiyasının təxminən beş il ərzində inşa edilə biləcəyini iddia etsə də, bir çox sənaye mütəxəssisi bu müddəti real hesab etmir və prosesin onilliklər çəkə biləcəyini bildirir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"ChatGPT"nin mobil istehlak xərcləri 3 milyard dolları ötdü
19.12.2025Saxta yükləmə çubuqları ilə kompüterləri ələ keçirirlər
19.12.2025Tikinti işlərinə ən çox vəsait ayrılan şəhər və rayonlar - SİYAHI
19.12.2025Deputat: "Özəl sektorda aqrar mütəxəssislərə 5 000 manat maaş təklif edilir"
19.12.2025"Trump Media" bu şirkətlə 6 milyard dollarlıq saziş imzalayıb
19.12.2025Eyni ailə lotereyada ikinci dəfə 1 milyon qazandı
19.12.2025Qarabağ Universitetinin yataqxanasında təmir işləri aparılacaq
19.12.2025