Bu əməllərin törədilməsinə görə 30 min manat cərimə müəyyən edilir

Redaktor

19.12.2025 15:10
117

Bu əməllərin törədilməsinə görə 30 min manat cərimə müəyyən edilir

Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə cərimələr sərtləşdirilir.

Valyuta.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlerinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər 3 min manat (hazırkı cərimə: 1 500 manat) məbləğində, vəzifəli şəxslər 6 min manat (hazırkı cərimə: 3 min manat) məbləğində, hüquqi şəxslər 20 min manat (hazırkı cərimə: 10 min manat) məbləğində cərimə ediləcək. Bu əməllərin törədilməsi nəticəsində mədəni sərvətlərin korlanmasına görə, az miqdarda (“az miqdarda” dedikdə, 3 min manatdan yuxarı olmayan məbləğ başa düşülür) ziyan vurduqda fiziki şəxslər 5 min manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 30 min manat məbləğində cərimə ediləcək.

Həmçinin, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 6 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.

Mövcud qanunvericiliyə görə, mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə fiziki şəxslər 1 500 manat məbləğində, vəzifəli şəxslər 3 min manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə ediləcək.

Bununla yanaşı, mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə fiziki şəxslər 700 manat məbləğində, vəzifəli şəxslər 1000 məbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə ediləcək. Bu əməllərin törədilməsi nəticəsində mədəni sərvətlərin korlanmasına görə, bu az miqdarda (“az miqdarda” dedikdə 3 min manatdan yuxarı olmayan məbləğ başa düşülür) ziyan vurduqda fiziki şəxslər 5 min manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 30 min manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 1000 manat (hazırkı cərimə: 200 manat) məbləğində, vəzifəli şəxslər 1 500 manat (hazırkı cərimə: 500 manat) məbləğində, hüquqi şəxslər 6 min manat (hazırkı cərimə: 3 min manat) məbləğində cərimə ediləcək.

Mövcud qanunvericiliyə görə, sözügedən tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 250 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə cərimə edilir.

Bundan əlavə, inşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə ediləcək.

Layihə birinci oxunuşda qəbul edilib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Deputat: "Özəl sektorda aqrar mütəxəssislərə 5 000 manat maaş təklif edilir"

19.12.2025

"Trump Media" bu şirkətlə 6 milyard dollarlıq saziş imzalayıb

19.12.2025

Eyni ailə lotereyada ikinci dəfə 1 milyon qazandı

19.12.2025

Qarabağ Universitetinin yataqxanasında təmir işləri aparılacaq

19.12.2025
Son 10 ildə Azərbaycanda sığorta bazarında nə dəyişib?

Son 10 ildə Azərbaycanda sığorta bazarında nə dəyişib?

19.12.2025

ABŞ-da 2025-ci il üçün yaşamaq üçün ən yaxşı kiçik şəhərlər açıqlanıb

19.12.2025

Bu əməllərin törədilməsinə görə 30 min manat cərimə müəyyən edilir

19.12.2025

Kripto oğurluqlarının 76 faizi Şimali Koreya mənbəlidir - HESABAT

19.12.2025

“Həkimlərin orta aylıq əməkhaqqısı 371 faiz artıb”

19.12.2025

Laboratoriya təchizatı üçün milyonluq tender elan olunub

19.12.2025

TƏBİB-in tibb müəssisələrindən 70-ə yaxın rəhbər şəxs işdən çıxarılıb

19.12.2025

Bu tarixdən Azərbaycanda elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir

19.12.2025

Bu yolların təmirinə 1.4 milyon manat ayrıldı

19.12.2025

Almaniyada əhali elektrik enerjisini pulsuz ala bilər: Bu necə mümkün olacaq?

19.12.2025

Avropada turistləri sürətlə cəlb edən üç autsayder ölkə

19.12.2025

"Apple" "iPhone Pro"nun dizaynını kökündən dəyişdirəcək

19.12.2025

Mağazalarda "MacBook"lar niyə 76 dərəcə bucaqla yerləşdirilir?

19.12.2025

Sabahın hava proqnozu

19.12.2025

Şahin Bağırov İdarə rəisini vəzifəsindən azad etdi

19.12.2025

Banklar müddətli əmanətə nə qədər faiz verir? - CƏDVƏL

19.12.2025

Məzənnə

Yüklənir...