Redaktor
"Apple" "iPhone Pro"nun dizaynını kökündən dəyişdirəcək
“iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinin ön paneli 2022-ci ildən bəri ilk dəfə ciddi dəyişikliklərə məruz qalacaq.
Valyuta.az xəbər verir ki, “The Information” nəşrinin məlumatına görə, həmin il “Dynamic Island” ilə təchiz olunmuş “iPhone 14 Pro” təqdim edilmişdi.
Məlumata görə, “Apple” "Face ID"ni və digər sensorları displeyin altına yerləşdirməyi planlaşdırır, ön kamera üçün isə yalnız kiçik bir dəlik saxlanılacaq. Selfi kamerasının sol yuxarı küncə köçürülməsi nəzərdə tutulur.
Bu dəyişikliklər nəticəsində “iPhone 18 Pro” modellərində ekranın yuxarı hissəsində “Dynamic Island” texnologiyası ilə yaradılmış həb formasında çıxıntı olmayacaq. Bununla yanaşı, cihazların ümumi dizaynı “iPhone 17 Pro”ya yaxın qalacaq və korpusda radikal yenilənmə gözlənilmir.

“The Information” mənbələri kamera ilə bağlı əvvəlki sızıntıları da təsdiqləyir. Belə ki, növbəti flaqman “iPhone” modelləri dəyişən diafraqmalı kamera əldə edəcək. Bu, matrisaya düşən işıq miqdarını peşəkar fotoaparatlarda olduğu kimi idarə etməyə imkan verəcək.
“iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinin 2026-cı ilin sentyabrında “iPhone Fold” və “iPhone Air 2” ilə birlikdə təqdim ediləcəyi gözlənilir. Baza “iPhone 18” isə məlumatlar təsdiqlənərsə, 2027-ci ilin əvvəlində “iPhone 18e” ilə birgə satışa çıxacaq.
Qeyd edək ki, yaxın vaxtlarda yayılan genişmiqyaslı sızıntı “Apple”ın 30-dan çox yeni cihazı haqqında məlumatı üzə çıxarıb. Onların bir qismi, o cümlədən “AirTag 2”, yeni “iPad” və ağıllı ev üçün hub yaxın aylarda təqdim oluna bilər.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Son 10 ildə Azərbaycanda sığorta bazarında nə dəyişib?
19.12.2025Bakıda məşhur xəstəxananın 26,5 milyondan çox vergi borcu var
19.12.2025ABŞ-da 2025-ci il üçün yaşamaq üçün ən yaxşı kiçik şəhərlər açıqlanıb
19.12.2025Bu əməllərin törədilməsinə görə 30 min manat cərimə müəyyən edilir
19.12.2025Kripto oğurluqlarının 76 faizi Şimali Koreya mənbəlidir - HESABAT
19.12.2025“Həkimlərin orta aylıq əməkhaqqısı 371 faiz artıb”
19.12.2025Laboratoriya təchizatı üçün milyonluq tender elan olunub
19.12.2025TƏBİB-in tibb müəssisələrindən 70-ə yaxın rəhbər şəxs işdən çıxarılıb
19.12.2025Bu tarixdən Azərbaycanda elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir
19.12.2025Bu yolların təmirinə 1.4 milyon manat ayrıldı
19.12.2025Almaniyada əhali elektrik enerjisini pulsuz ala bilər: Bu necə mümkün olacaq?
19.12.2025Avropada turistləri sürətlə cəlb edən üç autsayder ölkə
19.12.2025"Apple" "iPhone Pro"nun dizaynını kökündən dəyişdirəcək
19.12.2025Mağazalarda "MacBook"lar niyə 76 dərəcə bucaqla yerləşdirilir?
19.12.2025Sabahın hava proqnozu
19.12.2025Şahin Bağırov İdarə rəisini vəzifəsindən azad etdi
19.12.2025Banklar müddətli əmanətə nə qədər faiz verir? - CƏDVƏL
19.12.2025