Redaktor
"ChatGPT"nin mobil istehlak xərcləri 3 milyard dolları ötdü
"OpenAI"nın "ChatGPT" tətbiqi mobil platformalarda mühüm maliyyə göstəricisinə nail olub. ChatGPT iOS və Android əməliyyat sistemlərində istehlakçı xərclərinin ümumi həcmi üzrə 3 milyard dollar həddini keçib.
Valyuta.az xəbər verir ki, "ChatGPT" mobil tətbiqi cəmi 31 ay ərzində bu nəticəyə çatıb. Tətbiq ilk dəfə 2023-cü ilin may ayında yalnız iOS platforması üçün istifadəyə verilib və hazırda mobil cihazlar üzrə qlobal istehlak xərclərini əhatə edir.
Məlumata əsasən, gəlirin əsas hissəsi qısa müddət ərzində formalaşıb. 2025-ci ilə qədər "ChatGPT" mobil tətbiqinə xərclənən vəsaitin 2,48 milyard dollara çatacağı proqnozlaşdırılır ki, bu da illik müqayisədə 408% artım deməkdir. Belə ki, tətbiq 2023-cü ildə 42,9 milyon dollar gəlir əldə etdiyi halda, 2024-cü ildə bu göstərici təxminən 487 milyon dollara yüksəlib.
Artım tempi baxımından "ChatGPT" bir çox iri mobil platformanı geridə qoyub. Məlumata görə, "TikTok" istehlakçı xərclərində 3 milyard dollar həddinə çatmaq üçün 58 ay vaxt sərf edib. Disney+ və HBO Max platformaları isə bu göstəriciyə müvafiq olaraq 42 və 46 ayda nail olub.
Süni intellekt əsaslı tətbiqlər arasında "ChatGPT"yə ən yaxın gəlir artım tempini "xAI" şirkətinin "Grok" proqramı nümayiş etdirib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərOsman Gündüz: İRİA rəhbərliyi əvvəlki səhvləri davam etdirir
19.12.2025"YouTube"da qlobal nasazlıq baş verdi
19.12.2025Sabahdan Azərbaycanda ov mövsümü açılır
19.12.2025"ChatGPT"nin mobil istehlak xərcləri 3 milyard dolları ötdü
19.12.2025Saxta yükləmə çubuqları ilə kompüterləri ələ keçirirlər
19.12.2025Tikinti işlərinə ən çox vəsait ayrılan şəhər və rayonlar - SİYAHI
19.12.2025Deputat: "Özəl sektorda aqrar mütəxəssislərə 5 000 manat maaş təklif edilir"
19.12.2025"Trump Media" bu şirkətlə 6 milyard dollarlıq saziş imzalayıb
19.12.2025Eyni ailə lotereyada ikinci dəfə 1 milyon qazandı
19.12.2025Qarabağ Universitetinin yataqxanasında təmir işləri aparılacaq
19.12.2025