Redaktor
Trampın illik gəliri açıqlandı
ABŞ Prezidenti Donald Tramp ötən il kriptovalyuta, qolf klubları, lisenziyalaşdırma və digər bizneslərdən 600 milyon dollardan çox gəlir əldə edib.
Valyuta.az xəbər verir ki, bu barədə onun təqdim etdiyi illik maliyyə hesabatında qeyd olunub.
Sənəddə dövlət başçısının kriptovalyuta sahəsinə yatırımlarının sərvətini əhəmiyyətli dərəcədə artırdığı, bununla yanaşı digər layihələrdən də böyük məbləğdə gəlir əldə etdiyi qeyd olunub. Hesablamalara əsasən, Trampın ümumi aktivləri azı 1,6 milyard dollar dəyərindədir.
O, bizneslərini övladlarının idarə etdiyi etimad fonduna keçirdiyini desə də, açıqlanan məlumatlar gəlirlərin yenə də ona çatdığını göstərir. Bu isə maraqlar toqquşması ilə bağlı tənqidlərə səbəb olub.
Prezidentin bu il təqdim etdiyi “$TRUMP” adlı “meme coin” layihəsindən təxminən 320 milyon dollar gəlir gəlir götürdüyü bildirilib, lakin bu məbləğin Trampın şirkəti ilə tərəfdaşlar arasında necə bölündüyü açıqlanmayıb.
Məlumata görə, Tramp ailəsi “meme coin” gəlirləri ilə yanaşı, mərkəzsiz maliyyə şirkəti olan “World Liberty Financial” vasitəsilə 400 milyon dollardan çox gəlir əldə edib.
Tramp ailəsi həmçinin bitkoin mədəni, həm də rəqəmsal aktivlərlə bağlı birja fondlarına sərmayə qoyub. Sənədlərdə Tramp “World Liberty”də token satışından 57,35 milyon dollar gəlir və 15,75 milyard idarəetmə tokeninə sahib olduğunu bəyan edib.
Bundan əlavə, prezident biznes fəaliyyətindən kənar passiv investisiyalardan da (əsasən faiz və dividendlər hesabına) azı 12 milyon dollar gəlir əldə edib. Hesablamalara əsasən, bu investisiyaların ümumi həcmi azı 211 milyon dollardır.
Trampın ən iri sərmayələri alternativ fond meneceri “Blue Owl Capital Corp.”, eləcə də “Charles Schwab” və “Invesco”nun idarə etdiyi dövlət istiqraz fondlarına yönəlib.
©Teleqraf
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda ən yuxarı və ən aşağı sürətli internet satan şirkətlər - SİYAHI
19.01.2026Bakı metrosunda iş saatı uzadılacaq
19.01.2026Avtobusla sərnişin daşımalarının həcmi artıb
19.01.2026“BYD Motors Baku” borca düşdü
19.01.2026Qeyri-sabit iqtisadiyyata baxmayaraq, kriptovalyutalara investisiya etməyin 4 səbəbi
19.01.2026Bakıda 10 avtobusun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
19.01.2026COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
19.01.2026Azərbaycan Prezidenti "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb
19.01.2026