“İmkanı zəif olan şəxslərə bank sektoru tərəfindən kredit verilmir” - İqtisadçı

Redaktor

19.01.2026 15:00
587

“İmkanı zəif olan şəxslərə bank sektoru tərəfindən kredit verilmir” - İqtisadçı

Bəzən həyat elə məqamlar yaradır ki, maddi qərarlar qaçılmaz olur. İnsan öz yığımlarına güvənməli olduğunu düşünsə də, hər vəziyyət buna imkan vermir. Məhz bu nöqtədə kredit anlayışı ortaya çıxır — kimləri üçün çıxış yolu, kimləri üçün riskli seçim kimi. Elə hallar var ki, kredit fürsət yaradır, elə vəziyyətlər də olur ki, tələsik qərar uzunmüddətli yükə çevrilir.

Bəs hansı halda kredit vətəndaşın işinə yarayan çıxış yoldur?

İqtisadçı Xalid Kərimli Valyuta.az-a bildirir ki, kredit iqtisadiyyatın mühüm elementlərindən biridir:

“Mərkəzi Bank elə qaydalar müəyyənləşdirib ki, imkanı zəif olan şəxslərə bank sektoru tərəfindən kredit verilməsin. Yəni  imkanı olmayan şəxs kredit ala bilmir. Kredit — geri qaytarılması mümkün olan borcdur. Kredit verildikdə ilk olaraq borcalanın bu borcu geri qaytarmaq imkanları təhlil olunur. Əgər qaytarılma riski müəyyən edilərsə, kredit verilməyəcək. Bank yalnız borcun geri qaytarılacağına əmin olduqda kredit ayrılır”.

Kredit kiməsə yardım məqsədilə verilən vasitə deyil. O, faizlə geri qaytarılmalı olan borcdur. Lakin bəzən kredit verildikdən sonra borcalanın maliyyə vəziyyəti dəyişə bilər. Vətəndaş kredit götürərkən bu vəsaiti hansı məqsədlə istifadə edəcəyini dəqiq müəyyənləşdirməlidir. Əgər kredit qeyri-zəruri ehtiyaclar üçün istifadə olunursa, vətəndaş anlamalıdır ki, bu borcu faizlə geri qaytaracaq. Əgər krediti ödəyə bilməzsə, cərimələnə və ya daha yüksək faizlə üzləşə bilər”- deyə X.Kərimli qeyd edir.

İqtisadçı bildirir ki, kredit götürməzdən əvvəl vətəndaş aşağıdakı sualları özü üçün cavablandırmalıdır: 

“Kredit doğrudan da zəruridir? Bu kredit problemlərin həllinə kömək edəcəkmi? Maddi imkanlar kreditin öhdəsindən gəlməyə yetərlidirmi? Əgər vətəndaş aşağı maaş alır, lakin bahalı telefon istifadə edir və ya lüks restoranlarda mütəmadi olaraq vaxt keçirirsə, bu halda kredit onun üçün əlavə maliyyə yükünə çevrilə bilər. Əksinə, əgər kredit vasitəsilə mənzil şəraitini yaxşılaşdırır və ya digər vacib ehtiyaclarını qarşılayırsa, bu halda kredit daha məqsədəuyğundur. Maliyyə qurumlarının yanaşmasına görə, vətəndaşın aylıq stabil gəliri 1000 manatdırsa, ona ən çox 450 manatlıq aylıq ödənişi olan kredit verilə bilər. Xüsusi hallarda — zaminlik və ya girov təminatı olduqda bu məbləğ aylıq gəlirin 70 faizinə qədər arta bilər”.

Nəticə etibarilə, vətəndaş kredit götürərkən məsuliyyətli davranmalı, şəxsi maliyyə siyasətini düzgün planlaşdırmalıdır.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sərin iqlimdə tətil: Yay tətili üçün dünyanın ən yaxşı 10 məkanı

12.03.2026

"Honda" elektromobil planını dayandırdı: 3 model ləğv edildi, milyardlarla zərər var

12.03.2026

İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumu ilə bağlı videoçarx paylaşılıb

12.03.2026

Şirkətlərdə "agent" dövrü: Süni intellekt artıq özbaşına qərar verəcək

12.03.2026

Android dünyasında süni intellekt dəstəkli kiber hücum dövrü başladı

12.03.2026

Azərbaycanda bu avtomobillər kəskin bahalaşdı - VİDEO

12.03.2026

Avropa ölkəsi Yaxın Şərqdəki müharibə səbəbindən turistlərin sevimlisinə çevrildi

12.03.2026

İcra başçısı köməkçisini işdən çıxardı

12.03.2026

Azərbaycanda virtual kartların sayı 24 % artıb

12.03.2026

İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı

12.03.2026

DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu

12.03.2026

Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb

12.03.2026

AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub

12.03.2026

Alüminiumun qiyməti bahalaşdı

12.03.2026

Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır

12.03.2026

Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq

12.03.2026

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®

12.03.2026

"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO

12.03.2026

Süni intellekt startapı 550 milyon dollar investisiya alıb

12.03.2026

Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ

12.03.2026

Məzənnə

Yüklənir...