Redaktor
Torpaq hərracları və investisiya imkanları
Azərbaycanda növbəti dəfə mayın 27-də torpaq hərracı keçiriləcək.
Hərraca ƏMDX-nin Sabirabad, Yevlax, Goranboy, Bərdə, Ağdam, Ağcabədi, Cəlilabad, Yardımlı, Ağsu və Qax ərazi şöbələrində olacaq müxtəlif bələdiyyə orqanlarına məxsus 22 torpaq sahəsi çıxarılacaq.
Bu tip torpaq hərraclarının əsas məqsədi nədir və hansı sahələrdə investisiya üçün imkanlar yaradır?
Valyuta.az-ın məlumatına görə, bu tip torpaq hərraclar dövlət və bələdiyyə balansında olan istifadəsiz və ya az istifadə olunan torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi məqsədi ilə keçirilir. Bu, həm iqtisadi aktivliyi artırmaq, həm də yerli və regional səviyyədə sahibkarlığın inkişafına şərait yaratmaq üçün həyata keçirilir.
Bu hərracların əsas məqsədi torpaq resurslarının səmərəli istifadəsini, dövlət və bələdiyyə büdcəsinə əlavə vəsait cəlbini, sahibsiz və ya boş qalan torpaq sahələrinin sahibkarlıq subyektləri tərəfindən istifadəyə verilməsini, rəqabətli mühit formalaşdıraraq, şəffaflıq və qanuna uyğunluğu təmin etməkdir.
Belə hərraclar xüsusən regionlarda yerli sahibkarlar, startapçılar və investorlar üçün sərfəli imkanlar yaradır.
Hərraclara çıxarılan torpaqlar bu sahələrə investisiya üçün yararlıdır:
Kənd təsərrüfatı ilə - əkinçilik, maldarlıq, bağçılıq kimi fəaliyyətlərlə məşğul olmaq üçün bu torpaqlar yararlıdır.
Kiçik və orta istehsalat müəssisələrinin qurulması məqsədi ilə ərazi təminatı üçün bu hərracların faydası var.
Logistika və anbar fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlar üçün magistrallara yaxın torpaqlar bu baxımdan strateji dəyərə malikdir.
Bu torpaqlar, xüsusilə kənd turizmi, agro-turizm və istirahət mərkəzləri yaratmaq istəyən şəxslər üçün müxtəlif imkanlar yaradır.
Bu cür hərraclar yaşayış və qeyri-yaşayış binalarının inşası üçün torpaq bazasına çıxışı təmin edir. Bu da tikinti və daşınmaz əmlak bazarının inkişafına şərait yaradır.
Günay
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib
14.03.2026Azərbaycanda dövlət agentliyi ləğv edildi
14.03.2026Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı
14.03.2026Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ
14.03.2026“Wonderful” 150 milyon dollar investisiya alıb
14.03.2026Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?
14.03.2026Azərbaycan neftinin qiyməti 109 dolları keçdi
14.03.2026Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb
14.03.20262 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU
14.03.2026Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026