İnvestor narazı qaldı, təxminən 1 milyon dollarlıq investisiya itirildi

Redaktor

04.05.2026 16:31
312

İnvestor narazı qaldı, təxminən 1 milyon dollarlıq investisiya itirildi - Startap rəhbərləri danışır

Startaplarda maliyyə itkiləri əksər hallarda böyük riskli qərarların deyil, gündəlik idarəetmədə buraxılan sistemli səhvlərin nəticəsi olur. Məhsulun tələsik hazırlanması, danışıqların düzgün qurulmaması, maliyyə nəzarətinin zəifliyi və uyğun olmayan işə qəbul qərarları zamanla toplanaraq ciddi vəsait itkisinə gətirib çıxarır.

Valyuta.az "TheTech"ə istinadən “TrustMe”, “Delever.uz” və “Smartestprep” şirkətlərinin baş direktorlarının real təcrübələrini təqdim edir.

Çingiz Dauletbayev (Chingiz Dauletbayev), “TrustMe” şirkətinin baş direktoru

Ən yaddaqalan uğursuzluq investisiya cəlbi prosesi ilə bağlı olub. Bu kontekstdə investor Tim Dreypər (Tim Draper) ilə baş verən hadisə xüsusi qeyd olunur.

Noyabr ayında startap Silikon vadisində ilk onluğa daxil olub və şam yeməklərindən birində investor layihəyə yatırım etmək istədiyini bildirib. Həmin vaxt komanda investisiyanın demək olar ki, təmin olunduğunu hesab edib.

Lakin sonradan məlum olub ki, investorun planları əvvəlcədən formalaşıb və növbəti görüş yalnız sentyabr ayına təyin edilib. Bu müddətdə məhsul əsasən Qazaxıstan bazarına yönəldiyi üçün ABŞ bazarına uyğunlaşdırma işlərinə tələsik başlanılıb.

Görüşə iki həftə qalmış tarix daha erkən vaxta keçirilib və komanda məhsulu tam sabit hala gətirməyə çatmayıb. Buna baxmayaraq, 11 sentyabr tarixində təqdimat keçirilib.

Təqdimat zamanı məhsul, metriklər və platformanın iş prinsipi izah edilib, investor isə ilkin maraq göstərərək investisiya etmək niyyətini bildirib. Müqavilənin platforma üzərindən imzalanması təklif olunub ki, bu da məhsulun imkanlarını nümayiş etdirməli idi.

Lakin göndərilən keçid açılmayıb və problemin aradan qaldırılması vaxt itkisinə səbəb olub. İkinci cəhddə keçid açılsa da, interfeys kiril əlifbasında olub və investor prosesi anlamaqda çətinlik çəkib. Dilin dəyişdirilməsi və yeni keçidlərin göndərilməsi əlavə vaxt aparıb.

Nəticədə investor vaxt itkisinə görə narazı qalıb və ilkin razılığa baxmayaraq, müqavilədən imtina edib. Beləliklə, təxminən 1 milyon dollar həcmində potensial investisiya itirilib.

Fəxrəddin Yusupov, “Delever.uz” şirkətinin baş direktoru və qurucusu

Şirkətdə baş verən digər səhv qısa müddətdə maliyyə itkisinə səbəb olmasa da, uzunmüddətli perspektivdə inkişaf tempinə ciddi təsir göstərib.

Başlanğıc mərhələdə komanda məhsulun güclü olduğuna inanaraq müştərinin infrastrukturunu kifayət qədər analiz etməyib. İlk görüşdə qiymət açıqlanıb və bu qiymət yüksək hesab edilib.

Komanda qiyməti əsaslandırmaq əvəzinə onun uyğun olduğunu israrla müdafiə edib. Halbuki söhbət uzunmüddətli əməkdaşlıq potensialı olan böyük müştəridən gedirdi.

Nəticədə müştəri əlaqəni dayandırıb və görüşlərdən imtina edib. Yenidən dialoqa qayıtmaq üçün şirkətə təxminən dörd il və əlavə resurslar tələb olunub. Bu müddətdə digər iri brendlərlə əməkdaşlıq qurularaq etimad bərpa edilib.

Bu hadisə göstərib ki, iri müştərilərin yanaşmasını və qərarvermə mexanizmini düzgün anlamaq gəlir və inkişaf sürəti baxımından həlledici əhəmiyyət daşıyır.

Laura Vayqorova (Laura Vaigorova), “Smartestprep" şirkətinin baş direktoru

2025-ci ildə şirkət təxminən 60 milyon tenge həcmində kassa boşluğu ilə üzləşib. Problemin səbəbi ilkin mərhələdə aydın olmayıb.

Araşdırma nəticəsində məlum olub ki, əməliyyat və akademik direktorun üzərinə düşən öhdəliklər tam icra olunmayıb və maliyyə nəzarəti üçün vacib məlumatlar ötürülməyib. Nəticədə təmiz mənfəətin təxminən 4 faizi itirilib və komanda xərclərin qarşılanmasında çətinliklərlə üzləşib. Problem yalnız üç ay sonra aşkar edilib.

Digər ciddi problem 2023-cü ildə ortaq quruculardan birinin şirkətdən ayrılması ilə bağlı olub. O, rəqabətə qarşı müqavilə imzalamadan ayrılıb və qısa müddətdə rəqib şirkət yaradaraq komandanın bir hissəsini cəlb edib. Bu isə şirkətə 50-60 min dollar arası maliyyə itkisinə səbəb olub.

Şirkət həmçinin yüksək maaşlı mütəxəssislərin işə qəbulu zamanı da itkilərlə üzləşib. “Kaspi” və “Yandex” kimi şirkətlərdən cəlb olunan mütəxəssislər gözlənilən nəticəni verməyib. Nəticədə hər bir belə hal üzrə 7-10 milyon tenge arası vəsait səmərəsiz xərclənib.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Hesablama Palatasına yeni səlahiyyət verilir

04.06.2026

275 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək

04.06.2026

“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib

04.06.2026

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək

04.06.2026
20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi

20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi

04.06.2026

Bu universitetin Məzun Günü satınalması ləğv edildi

04.06.2026

“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb

04.06.2026

Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü

04.06.2026
Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət

Sığorta sektorunda ən yüksək yığım göstəricisinə malik 5 şirkət

04.06.2026

Azərbaycan nefti bahalaşdı

04.06.2026

Azərbaycan əsilli şəxs milyarderə çevrildi, amma pullarından istifadə edə bilmir

04.06.2026

Hobbi olaraq başladılar, sərvət qazanırlar - 70 ton məhsul yığırlar

04.06.2026

Avro və rubl geriləməkdə davam edir

04.06.2026

Azərbaycanda marketinqin ən böyük 7 problemi

04.06.2026

Tələbə yataqxanalarında yaranan dünyanın nəhəng şirkətləri

04.06.2026

Ənənəvi iş saatları dəyişir: Çevik mikroşiftinq trendi yayılır

03.06.2026

İnvestorlar arasında "SpaceX" çılğınlığı - 14 milyard dollar...

03.06.2026

"Apple" bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19%-ni itirib

03.06.2026

Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb

03.06.2026

"Nvidia"nın baş direktoru yeni trilyon dollarlıq nəhəng şirkətin səhmlərini açıqladı

03.06.2026

Məzənnə

Yüklənir...