Redaktor
Telefon “şnuru” ilə saçını yığdı, yaranan ideya ilə milyonçu oldu
Bu hadisə 2015-2016-cı illərdə ABŞ-da baş verib. Lindsay saçını tez yığmaq üçün ətrafına baxarkən spiral formasına görə diqqətini çəkən telefon naqili (şnur) sınamağa qərar verdi. Nəticə onu təəccübləndirdi: telefon şnuru saçını qırmır, iz buraxmır, başı sıxmır və adi rezinlərdən daha möhkəm tuturdu. Həm də biləkdə aksesuar kimi estetik görünüş yaradırdı.
Məhz bu anda o anladı ki, gündəlik istifadə üçün rahat, funksional və fərqli bir məhsul ortaya çıxıb.
İlk mərhələdə Lindsay bu spiral rezinləri yalnız özü və yaxın ətrafı üçün hazırlayırdı. Lakin məhsulu istifadə edən hər kəs eyni reaksiyanı verirdi: rahatlıq, fərqlilik və praktik istifadə. Rəfiqələrinin və ətrafındakıların müsbət rəyləri onu düşünməyə vadar etdi – bu ideyanı kommersiya məhsuluna çevirmək mümkündür.
Bəs sadə, amma ona milyonlarla dollar qazandıracaq “TELETIES” brendi necə məşhur oldu?
Lindsay kiçik partiyalarla istehsala başladı, materialları özü seçdi, dizayn üzərində işləyib məhsulları sosial şəbəkələr vasitəsilə tanıtdı. İlk satışlar əsasən “Instagram” və onlayn sifarişlər üzərindən həyata keçirildi.
2017-ci ildə artıq ideya təsadüf deyil, konkret biznes modeli kimi formalaşdı və “TELETIES” brendi rəsmi şəkildə yaradıldı. Brendin adı da telefon şnurundan yaranan ideyanı simvolizə edirdi.
Bu mərhələdə məhsullar:
Müxtəlif rəng və ölçülərdə istehsal olunmağa başladı,
Daha keyfiyyətli materialdan hazırlandı,
Xüsusi qablaşdırma ilə satışa çıxarıldı.
Brendin peşəkar görünüş qazanması satışların artmasında həlledici rol oynadı.
Qısa zamanda böyük bazarlara çıxış
“TELETIES”-in sürətlə böyüməsində əsas rol sosial mediada yayılan paylaşımlar, influenser reklamları və real müştəri rəyləri oldu. Qısa müddət ərzində məhsul ABŞ bazarında trendə çevrildi.
Bir neçə il ərzində “TELETIES”:
ABŞ-da minlərlə mağazada satışa çıxarıldı,
“Target”, “Ulta Beauty”, “Nordstrom” kimi nəhəng satış şəbəkələri ilə əməkdaşlıq qurdu,
“Amazon” və digər platformalarda ən çox satılan aksessuar brendlərindən birinə çevrildi.
Bu gün “TELETIES”
Bu gün “TELETIES” təkcə saç üçün rezin deyil, həm də gündəlik istifadə üçün rahat aksessuar, stil tamamlayan dəb elementi, hədiyyəlik məhsul kimi geniş auditoriyaya xitab edən brenddir.
Şirkət hər il milyonlarla dollar dövriyyə əldə edir. Lindsay Shuler isə gənc yaşında uğurlu qadın sahibkar kimi tanınır və dünya üzrə minlərlə insana ilham verir.
Uğurun sirri nədədir?
TELETIES-in uğurunun arxasında aşağıdakı əsas amillər dayanır:
Gündəlik real problemə sadə və funksional həll,
Ucuz istehsal – geniş satış imkanı,
Estetik və praktik dizaynın uyğunluğu,
Sosia media üzərindən düzgün marketinq strategiyası,
Qadın auditoriyasına yönəlmiş ağıllı tanıtım.
Sadə ideyadan böyük uğura
Lindsay Shulerin hekayəsi bir daha sübut edir ki, böyük bizneslərin başlanğıcı bəzən ən sadə ehtiyacdan doğur. Bir telefon şnuru, doğru baxış və davamlı zəhmət nəticəsində bu gün milyonluq bir brendin təməlinə çevrildi.
Bu uğur hekayəsi xüsusilə gənclərə və yeni biznesə başlamaq istəyənlərə açıq mesaj verir:
Əsas məsələ ideyanı vaxtında görmək, ona inanmaq və qorxmadan ilk addımı atmaqdır.
Şəbnəm İbrahimxəlil
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMetroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - Fotolar
03.03.2026"Cursor"un illik gəliri 2 milyard dolları keçib
03.03.2026İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?
03.03.2026Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb
03.03.2026"Paramount" platformalarını birləşdirməyi planlaşdırır
03.03.2026Bakıda estetik klinika 20 000 manat cərimələndi
03.03.2026Bağlanan özəl universitetin binası BDU-ya verildi
03.03.2026İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
03.03.2026Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
03.03.2026Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq
03.03.2026"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq
03.03.2026Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək
03.03.2026Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026