Süni intellekt haqqında 5 ən böyük yanlış fikir

Redaktor

19.01.2026 18:21
40

Süni intellekt haqqında 5 ən böyük yanlış fikir

Süni intellekt bəziləri üçün qorxulu bir gələcək ssenarisi, digərləri üçün isə heyranlıq doğuran texnoloji inqilab kimi görünür. 

Valyuta.az xəbər verir ki, tərtibatçıların demək olar hər gün yeni imkanlar elan etdiyi bu sürətli inkişaf texnologiya ilə bağlı həm valehedici, həm də çaşdırıcı miflərin yaranmasına zəmin yaradıb. Halbuki süni intellektdən daha səmərəli istifadə etmək və əsassız qorxulardan uzaq durmaq üçün bu rəqəmsal şəhər əfsanələrini anlamaq böyük əhəmiyyət daşıyır. Süni intellektin əslində nə olduğu və daha önəmlisi, nə olmadığı barədə düzgün təsəvvür formalaşdırmaq gələcəyə daha real baxış imkanı yaradır.

Bu yazıda süni intellekt haqqında geniş yayılmış və doğru kimi qəbul edilən 5 böyük yanlış fikirə nəzər salınırıq.

İnsana bənzər düşüncə, yoxsa statistik mexanizm?

Süni intellektin mürəkkəb suallara məntiqli cavablar verməsi bir çox insanda onun insan kimi “düşündüyü” təəssüratı yaradır. Axıcı və məntiqli cümlələr qurması bu sistemlərin şüura sahib olduğu fikrini gücləndirir. Halbuki bu gün istifadə olunan böyük dil modelləri ətraf aləmi dərk edən bir zehinə malik deyil.

Bu sistemlər sadəcə onlara təqdim olunan böyük həcmdə məlumat daxilində statistik nümunələri təhlil edir və növbəti addımda hansı sözlərin gəlməsinin daha ehtimalı yüksək olduğunu hesablayır. Yəni süni intellekt insanla ünsiyyətdə dərin anlama prosesindən keçmir, yalnız ehtimalı yüksək olan söz birləşmələrini ardıcıl şəkildə təqdim edir. Motivasiya, niyyət və ya şüurdan söhbət getmir, ortada yalnız riyazi model var.

Zehin oxuma illüziyası

Reklam və təqdimatlarda süni intellektin istifadəçi istəklərini demədən anladığı görüntüsü yaradılır. Bu isə texnologiyanın gizli şəkildə niyyət oxuma qabiliyyətinə sahib olduğu düşüncəsini formalaşdırır. Əslində isə süni intellekt sistemlərinin belə bir bacarığı yoxdur.

İstifadəçi qeyri-müəyyən və ya natamam tapşırıq verdikdə, sistem boşluqları mövcud məlumatlara əsasən ən uyğun ehtimallarla doldurur. Bəzi hallarda bu, uğurlu təxmin kimi görünsə də, çox zaman yanlış nəticələr ortaya çıxır. Bu illüziya istifadəçilərin sistemin imkanlarını olduğundan artıq qiymətləndirməsinə səbəb olur.

Tam obyektivlik mifidir

Süni intellektin insan olmadığı qəbul edilsə də, tez-tez başqa bir yanılgı ortaya çıxır: onun tam obyektiv və qərəzsiz olduğuna inanmaq. Kod və alqoritmlərdən ibarət bir sistemin emosiyalardan uzaq olduğu üçün hər zaman ədalətli davranacağı düşünülür. Lakin reallıq fərqlidir.

Süni intellekt modelləri yalnız öyrədildiyi məlumatlar qədər “təmiz” ola bilir. Əgər bu məlumatlarda cəmiyyətə xas qərəzlər və ya tarixi yanlışlıqlar varsa, sistem də həmin meyilləri təkrarlayır və bəzən daha da gücləndirir. Mövcud sosial bərabərsizliklərin rəqəmsal modellərə sızmasının qarşısını tam almaq mümkün deyil. Bu səbəbdən süni intellektin hər zaman mütləq doğru nəticə verəcəyini düşünmək düzgün deyil.

İnsan müdaxiləsi olmadan öyrənən sistem?

Yayğın fikirlərdən biri də süni intellektin bir dəfə öyrədildikdən sonra tamamilə müstəqil şəkildə inkişaf etdiyi və insan nəzarətinə ehtiyac duymadığıdır. Marketinq kampaniyaları da bəzən bu “özbaşına inkişaf edən zəka” obrazını gücləndirir. Halbuki real vəziyyət fərqlidir.

Süni intellekt modelləri insanlar tərəfindən təqdim olunan yeni məlumatlar və geribildirim olmadan real mənada öyrənə bilmir. Səhvlərin düzəldilməsi, sistemin aktual saxlanılması və düzgün istiqamətdə işləməsi üçün mütəxəssis nəzarəti daim zəruridir. İnsan iştirakı yalnız ilkin mərhələ ilə məhdudlaşmır, bütün həyat dövrü boyunca davam etməlidir. Ən uğurlu tətbiqlər insan mühakiməsi ilə maşın sürətinin birləşdiyi nöqtələrdə ortaya çıxır.

İnsan zəkanını keçməyə çox yaxınıqmı?

Elmi-fantastik əsərlər və distopik filmlər süni intellektin insanı hər sahədə geridə qoyacağı “super zəka” mərhələsinin yaxın olduğunu iddia edir. Lakin reallıq daha təvazökardır. Bugünkü ən inkişaf etmiş modellər belə mahiyyət etibarilə mürəkkəb “avtomatik tamamlanma” mexanizmləri kimi fəaliyyət göstərir.

İnsanların uşaq yaşlarından qazandığı sağlam məntiq, fiziki qanunları anlama və dərin kontekst qurma bacarıqları süni intellekt üçün hələ də çətin maneələr olaraq qalır. Müəyyən testlərdə yüksək nəticə əldə etmək ümumi zəka demək deyil. Bu məhdudiyyətləri düzgün dərk etmək süni intellektin səhiyyə, təhsil və dövlət xidmətləri kimi həssas sahələrdə istifadəsində daha sağlam qərarlar verməyə imkan yaradır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Prezident İlham Əliyev Davosda Braziliyanın "BTG Pactual" şirkətinin sədri ilə görüşüb

19.01.2026

500 manatlıq əsginası olanların nəzərinə - Mərkəzi Bank açıqladı

19.01.2026

300 min borca düşən "Buta Elektroniks"in direktoru işdən çıxarıldı

19.01.2026

"Atari" geri çəkildi: 8 şəhərdə otel şəbəkəsi planı alt-üst oldu

19.01.2026

Süni intellekt haqqında 5 ən böyük yanlış fikir

19.01.2026

İlon Mask "OpenAI" və "Microsoft"dan 134 milyard dollar tələb edir

19.01.2026

Orta aylıq əməkhaqqı min manatı keçən sahələr - SİYAHI

19.01.2026

Azərbaycanda ən yuxarı və ən aşağı sürətli internet satan şirkətlər - SİYAHI

19.01.2026

Bakı metrosunda iş saatı uzadılacaq

19.01.2026

Avtobusla sərnişin daşımalarının həcmi artıb

19.01.2026

“BYD Motors Baku” borca düşdü

19.01.2026

Qeyri-sabit iqtisadiyyata baxmayaraq, kriptovalyutalara investisiya etməyin 4 səbəbi

19.01.2026

Bakıda 10 avtobusun hərəkəti alternativ küçələrlə təşkil ediləcək

19.01.2026

COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

19.01.2026

Azərbaycan Prezidenti "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb

19.01.2026
Azərbaycanda ən çox qadın sahibkar hansı rayonlardadır?

Azərbaycanda ən çox qadın sahibkar hansı rayonlardadır? - CƏDVƏL

19.01.2026

"İvanovka" "Atena" və digər rəqibindən şikayətçidir

19.01.2026

Bakı və Abşeronda qar-çovğun olacaq!

19.01.2026

Bu şəxslər öz-özünü sığorta edəcəklər

19.01.2026

Prezidentlə xanımı İsveçrədədir - Fotolar

19.01.2026

Məzənnə

Yüklənir...