Redaktor
Son illərdə kredit sığortası üzrə yığımlar nə qədər artıb? - ARAŞDIRMA
Azərbaycanın sığorta bazarında kredit sığortasına maraq son illər ərzində əhəmiyyətli dərəcədə yüksəlib.
Valyuta.az 2021-2025-ci illər üzrə kredit sığortası yığımlarının dinamikasını təqdim edir.
Rəqəmlər göstərir ki, bu sahədə ardıcıl və davamlı artım müşahidə olunur.
Cari ilin yanvar-sentyabr aylarında kredit sığortası üzrə 4 milyon 19 min manat yığım toplanıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 240 min manat və ya 6,35% artım deməkdir.
2024-cü ilin analoji dövründə kredit sığortası üzrə 3 milyon 779 min manat məbləğində yığım həyata keçirilib.
2023-cü illə müqayisədə bu sahədə 1 milyon 373,5 min manat və ya 57,06% artım qeydə alınıb.
2023-cü ildə kredit sığortası üzrə yığımlar 2 milyon 405,5 min manat olub.
2022-ci illə müqayisədə artım 1 milyon 255,2 min manat və ya 109,12%, başqa sözlə, 1,09 dəfə təşkil edib.
2022-ci ildə kredit sığortası üzrə 1 milyon 150,3 min manat yığım qeydə alınıb.
Bu, 2021-ci ilə nisbətən 985,6 min manat və ya 598% (təxminən 6 dəfə) artım deməkdir.
2021-ci ildə kredit sığortası üzrə yığımlar 164,7 min manat təşkil edib.
2020-ci illə müqayisədə 129 min manat və ya 4,61 dəfə artım baş verib.
2020-ci ilin kredit sığortası yığımları isə cəmi 35,7 min manat olub.
| İl | Yığım (min manat) | Artım (min manat) | Artım (%) |
|---|---|---|---|
| 2025 | 4 019 | 240 | 6,35 |
| 2024 | 3 779 | 1 373,50 | 57,06 |
| 2023 | 2 405,50 | 1 255,20 | 109,12 |
| 2022 | 1 150,30 | 985,6 | 598 |
| 2021 | 164,7 | 129 | 461 |
Sərvanə Rəmixanova