Sığorta nəhənginin rəhbərini öldürdü, "Əsl Con Uik" adlandırıldı - Ölüm cəzası ilə üzləşə bilər

Redaktor

19.04.2025 14:22
308

Sığorta nəhənginin rəhbərini öldürdü, "Əsl Con Uik" adlandırıldı - Ölüm cəzası ilə üzləşə bilər

ABŞ-ın ən böyük sığorta şirkəti olan "United Healthcare"in direktoru Brayan Tompsonun güllələnməsi ilə bağlı Luici Mancioneyə təqib, qətl və qanunsuz silah saxlama ittihamları irəli sürülüb.

Valyuta.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

İddiaya görə, Mancione Manhettendə yerləşən "Midtown Hilton" otelinin yaxınlığında "United Healthcare"in rəhbəri Brayan Tompsonu izləyib və daha sonra, 2024-cü il dekabrın 4-də onu güllələyərək qətlə yetirib.

İttihamlardan birinə görə, əgər onun təqsiri sübuta yetirilsə, Mancione ölüm cəzası ilə üzləşə bilər.

Hadisə 4 dekabr 2024-cü ildə baş verib. Bildirilir ki, Tompson investorlar üçün nəzərdə tutulan konfransın keçiriləcəyi otelin qarşısında dayanarkən maskalı gənc ona bir neçə dəfə atəş açıb. Ardınca, 10 dekabrda Manhetten prokurorluğu əvvəlcədən saxlanılmış Mancioneyə qarşı rəsmi ittihamlar irəli sürüb.

Şübhəli şəxs cinayəti varlı sığortaçının başqalarının əzabları üzərindən qazanc əldə etdiyi üçün törətdiyini bildirib.

Bundan sonra minlərlə amerikalı onu dəstəkləyib: Mancione şərəfinə pul yığımları açılır, məhkəmə iclaslarındakı geyimləri mağazalardan alınır. Sosial şəbəkə istifadəçiləri isə onu "Günümüzün Robin Hudu" və "əsl Con Uik" adlandırıblar.

Amerikalı vəkil Arkadi Bux bəyan edib ki, Tompsonun qətlində şübhəli bilinən şəxsə göstərilən geniş ictimai dəstək ABŞ-də dövlət və ya özəl tibbi sığorta sisteminə qarşı artan narazılığın nəticəsidir.

Luici Mancione kimdir?

Milyonçu üzərində qisasın əsas səbəbi kimi Mancione ABŞ səhiyyə sisteminin qeyri-mükəmməlliyini göstərsə də, özünün sığortaçılardan pula ehtiyacı olmayıb. 26 yaşlı amerikalı Merilend ştatının ən varlı ailələrindən birində doğulub: qohumları bir neçə tibb müəssisəsi, böyük daşınmaz əmlak agentlikləri və məhz varlı müştərilər üçün nəzərdə tutulmuş şəhərkənarı klublar şəbəkəsinə sahibdirlər.

Bundan əlavə, oğlanın ailəsinə radio stansiyası və bir neçə qocalar evi məxsusdur. Mancione özü nüfuzlu "Gilman School"da təhsil alıb ki, burada birillik təhsil haqqı 37 min dollardan artıqdır. Dörd il əvvəl o, eyni zamanda, Pensilvaniya Universitetində kompüter və informasiya elmləri üzrə bakalavr və magistr dərəcələri alıb, 2023-cü ilə qədər Havay adalarında bir şirkətdə məlumat emalı mühəndisi kimi çalışıb.

Media qeyd edir ki, Mancione uzun illər ərzində güclü bel ağrılarından əziyyət çəkib və bu səbəbdən keçən ilin yayında əməliyyat olunub. Bununla belə, onun müalicəsinin ödənişi ilə bağlı problemlərinin olub-olmadığı dəqiq məlum deyil.

Mancione saxlanıldıqdan sonra götürülən şəxsi qeydlərində cinayətin motivi aydın şəkildə izah edilir. "Dürüst desək, bu parazitlər özləri bunu istədilər", - deyə qeydlərdə vurğulanıb.

Hücum edən tibb sistemini sadə amerikalıların əzabları üzərindən varlanmaqda günahlandırıb, "United Healthcare" isə məhz ABŞ-nin ən böyük sığorta şirkətlərindən biridir.

Minlərlə amerikalı hələ Mancione saxlanılmamışdan əvvəl ona dəstək ifadə edib.

Onların fikrincə, məhz "United Healthcare" və müvafiq olaraq şirkətin baş direktoru Brayn Tompson səbəbindən yüzlərlə xəstə həyati vacib müalicədən məhrum olub.

Belə ki, ABŞ sakinləri ehtimal olunan qatilin "müdafiə fondu" üçün 100 min dollardan çox pul toplayıblar.

"Biz burada zorakılığa sevinmək üçün deyil, hər kəs üçün ədalətli hüquqi təmsilçilik konstitusiya hüququna inandığımız üçün varıq", - deyə "4 Dekabr Hüquq Komitəsi" fondu anonim yığımın açılmasını izah edib.

Sosial şəbəkələrdə, Mancione həmçinin yaraşığı səbəbindən ürək oğrusu adlandırılıb, sosial şəbəkələrdə heyranlıq dolu postlar və memlər paylaşılır.

İctimaiyyətin diqqətini təkcə Mancionenin müasir gözəllik standartlarına uyğun gələn görünüşü cəlb etməyib. O, saxlanıldıqdan dərhal sonra ABŞ-da "UnitedHealthcare" CEO-suna hücum zamanı əynində olan gödəkçənin analoqlarını kütləvi şəkildə almağa başlayıblar. O zaman o, yaşıl, kapüşonlu və boz rəngli astarı olan gödəkçə geyinmişdi.

Hətta bütün amerikalı məhbusların geyindiyi narıncı rəngli kombinezon da Mancionenin fotosunun dərc edilməsindən sonra qızğın müzakirə mövzusuna çevrilib. Dəb nəştləri şübhəli şəxsin kombinezonunu "Saint Laurent" moda evinin son nümayişlərində oxşar geyimdə iştirak edən modellərlə müqayisə etməyə başlayıblar.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Karyera şəbəkəsindəki "ruhlar": "LinkedIn" profilləri necə casusluq vasitəsinə çevrildi?

23.01.2026

"Nvidia" Al səbəbindən "GeForce RTX 50" videokartlarının istehsalını dayandırır

23.01.2026

“Amazon” 15 minə yaxın işçini ixtisar edir

23.01.2026

“Game Actor” 400 min dollar investisiya alıb

23.01.2026

Ucuz SSD dövrü bitdi: 2026-cı ilin kvotası artıq satılıb

23.01.2026

“Ekol Mühəndislik Xidmətləri" nəqliyyat vasitələrini satışa çıxarır

23.01.2026

Mart ayında Avropada hara isti olur? - Turistlər üçün 4 günəşli məkan

23.01.2026

"OpenAI" "ChatGPT"dən kənar fəaliyyətdən 1 milyarddan çox gəlir əldə edib

23.01.2026

ATB-nin İdarə Heyətinə yeni sədr müavini təyin edildi

23.01.2026

Mühafizə xidmətləri üzrə ardıcıl dörd tenderi uddu

23.01.2026

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

23.01.2026

"Rabitəbank" ASC açıq tender elan edir ®

23.01.2026

Azər Süleymanov Baş İdarənin rəisi vəzifəsindən azad olundu

23.01.2026

İlon Mask gələn il "Optimus" robotunu bazara çıxaracaq

23.01.2026

Mərkəzi Banka məxsus əmlaklar satışa çıxarılır

23.01.2026

Temu sifarişləri niyə gecikir? - Rəsmi CAVAB

23.01.2026

Məzənnə

Yüklənir...