Redaktor
“Samsung Galaxy S26” seriyasının təqdimatı 2 ay təxirə salınıb
“Samsung Galaxy S26” seriyasının təqdimatı 2 ay gecikdirilib.
Valyuta.az xəbər verir ki, “Samsung”un növbəti flaqman smartfonları olan Galaxy S26 seriyasının təqdimatı istehsal prosesində yaranan texniki problemlər səbəbindən iki ay təxirə salınıb.
Məlumata görə, gecikmə əsasən baza model - Galaxy S26 və ya S26 Pro ilə bağlıdır. Şirkət adətən S seriyasını yanvar ayında təqdim edir, lakin bu dəfə təqdimatın 2026-cı ilin martında keçirilməsi planlaşdırılır.
Qeyd olunur ki, Galaxy S26 Ultra modelinin hazırlıq prosesi artıq tamamlanıb və cihaz 10-bit ekran, eləcə də Snapdragon 8 Elite Gen 5 prosessoru ilə təchiz ediləcək. Standart modellərdə isə Exynos 2600 çipi istifadə olunacaq.
Son məlumatlara əsasən, “Samsung” bu dəfə “Pro” versiyasından imtina edib və baza model yalnız “Galaxy S26” adı ilə bazara çıxacaq.
Sərvanə Rəmixanova