Redaktor
Rusiyanın yeni milyarderi kimdir?
Rusiya əczaçılıq sektorunun yeni milyarderi Pyotr Belıdır. O, "Promomed" şirkətinin təsisçisi və əsas səhmdarıdır.
Valyuta.az xəbər verir ki, "Forbes" nəşrinin məlumatına əsasən, Belının sərvəti 1 milyard dollardan artıq qiymətləndirilir. Bu göstərici onu Rusiyada dərman istehsalı sahəsində sərvət qazanan sayca beşinci milyarder edir.
1972-ci ildə anadan olan Pyotr Belı Moskva Dövlət Tibb və Stomatologiya Universitetində təhsil alıb. O, 2005-ci ildə "Promomed" şirkətini təsis edib. Bu şirkət hazırda Rusiyanın əczaçılıq bazarında ən böyük oyunçulardan biridir və 350-dən artıq dərman preparatını əhatə edən portfeli ilə bazarın ilk on seqmentində təmsil olunur.
Şirkətə həmçinin elmi-tədqiqat mərkəzi və "Biokhimik" adlı istehsalat zavodu daxildir. 2024-cü ilin iyulunda "Promomed" Moskva Birjasında ilkin səhmlərin yerləşdirilməsini (IPO) həyata keçirib. Şirkətin səhmləri iyunun 9-da keçirilən sessiyada bir səhm üçün 420,85 rubl dəyərində qiymətləndirilib və bu da Pyotr Belının ümumi payını 78,4 milyard rubl (təxminən 995 milyon dollar) dəyərində göstərib.
Qeyd edək ki, ondan əvvəl əczaçılıq sahəsində milyarder olan digər rusiyalılar arasında Viktor Xaritonin, Yeqor Kulkov, Aleksey Repik, Vikram Puniya, Vadim Yakunin və Eduard Netılko kimi adlar var.
Pyotr Belı bu siyahıya qoşularaq təkcə farmasevtika sahəsində deyil, həm də Rusiyanın yeni iqtisadi elitası arasında öz yerini tutmuşdur.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
08.12.2025"By Ruslan"ın sahibi yeni restoran açır: "Əlimdən hər şeyi ala bilərlər, amma..."
08.12.2025Dövlət Gömrük Komitəsi büdcə proqnozuna tam əməl edə bilməyib
08.12.2025
"Wall Street"in aparıcı strateqlərindən 2026-cı il üçün proqnozlar
08.12.2025Əmlak sığortası üzrə 196 milyon sığorta haqqı ödənilib
08.12.2025Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI
08.12.2025Bəzi məhsullar niyə məhz kassa yanında olur?
08.12.2025Bu kolleclərə yeni təyinatlar oldu
08.12.20252026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər keşbek verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025