Redaktor
Ramit Setidən xəbərdarlıq: Pulların israfına səbəb olan 4 investisiya tələsi - SƏHƏR OXUSU
Maliyyə üzrə ekspert Ramit Seti son çıxışında sərmayəçilərin sərvət toplamaq əvəzinə onu itirməsinə səbəb olan ən ciddi səhvləri izah edib. YouTube platformasında yayımlanan videoda o, insanların çox zaman bu tələlərə düşdüklərinin fərqinə belə varmadıqlarını bildirib.
“Özünüzə sual verin: sizə qarşı necə sui-istifadə olunduğunu anlayırsınızmı?” — deyə Seti bildirib. “Meşədəki ceyran daim ayıqdır, təhlükəni hiss edir. Amma sərmayəçilər heç nədən xəbəri olmadan tələyə düşür.”
Seti investorlara qarşı geniş yayılmış beş tələyə diqqət çəkib. Onlardan biri isə “ən çətin müqavimət göstərilən” adlandırılıb.
1. Bazarı düzgün zamanda tutmağa çalışmaq
Setiyə görə, bazarı qabaqlayaraq alqı-satqı qərarları vermək investor üçün ciddi risk yaradır.
Məsələn, əgər siz 15 il ərzində bazarda 10 min dollar sərmayə saxlasanız, bu məbləğ 30 700 dollara çata bilər. Lakin həmin dövrdə yalnız ən yaxşı 30 investisiya gününü əldən versəniz, gəliriniz cəmi 6 873 dollar olacaq. Yəni əslində ziyana düşəcəksiniz.
Setinin fikri aydındır: “İnvestisiyada daha az nəzarət daha uğurludur.”
2. Yaşantı (lifestyle) tələlərinə aldanmaq
İkinci tələ insanları maddi baxımdan əzən “yaşantı arzuları” ilə bağlıdır. Seti buna “lifestyle pornosu” deyir — yəni sosial şəbəkələrdə və ya reklamlarda cazibədar görünən, amma gerçəkdə maliyyə azadlığınızı əlinizdən alan alış-verişlər.
Seti 30 min dollar kredit kartı borcu olan, lakin tətil zamanı “pulsuz səhər yeməyi” təklifi ilə təmtəraqlı timeshare (istirahət mənzili) alan bir cütlüyün hekayəsini danışır.
Lüks avtomobillər, şəhərdən uzaq “McMansion” evlər, baha başa gələn təmir işləri – bunlar hamısı “xəyal satıb, illərlə borc və xərclər yükləyən” seçimlərdir.
Seti xəbərdarlıq edir: “Bir dəfə belə lifestyle tələsinə düşmək sizi onillərlə geridə qoya bilər.”
Seti davamlı 20%-lik illik gəlir təklif edənləri “fırıldaqçı” adlandırır. O, Berni Meydofun timsalında belə vədlərin nəticəsində 65 milyard dollarlıq "Ponzi" sxeminin necə qurulduğunu izah edir.
ABŞ bazarı 1957-ci ildən bəri orta hesabla illik 10% gəlir gətirib. Bu göstəricini uzunmüddətli dövrdə ardıcıl üstələmək demək olar ki, mümkün deyil.
Seti bildirir: “Hər il bazarı üstələmək mümkün deyil. Kimlərinsə sizi Ray Dalio və ya ‘Renaissance’ investisiyaları ilə inandırmağa çalışmasına aldanmayın.”
4. “Növbəti böyük fürsət” dalınca qaçmaq
Seti bunu “ən çətin müqavimət göstərilən siqnal” adlandırır. Çünki ətrafınızdakı hər kəs eyni şeyi danışır: NFT-lər, “meme” səhmlər, alternativ kriptovalyutalar.
Məsələn, Castin Biber 2022-ci ildə 1,3 milyon dollara aldığı “Bored Ape” NFT-sini 2023-cü ildə 95%-lik dəyər itkisi ilə itirib.
Seti bu fenomeni “sağ qalma yanlılığı” (survivorship bias) adlandırır. Uğurlu investisiyalar barədə hər kəs danışır, amma uğursuzlar “yaddan çıxarılır”.
O deyir: “Əgər hansısa Wall Street investoru pullarını itirirsə, problem deyil – çünki o, riskləri bilir. Amma müəllim kimi ailəsinin gələcəyi üçün yatırım etmək istəyən bir insanın ətrafında oynanılan oyunlardan xəbəri yoxdur.”
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Münaqişə davam edərsə, neftin qiyməti 200 dollara çatacaq”
11.03.2026Azərbaycanda Təhlükəsiz İdman Komissiyası yaradıldı
11.03.2026Ən çox satılan 5 albom
11.03.2026IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq
11.03.2026İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
11.03.2026Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir
11.03.2026Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq
11.03.2026İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır
11.03.2026İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər
11.03.2026Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır
11.03.2026İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib
11.03.2026