Redaktor
"Reddit" istifadəçiləri üzərində özlərindən xəbərsiz süni intellekt təcrübəsi aparılıb
"Change My View" adlı "SubReddit"də istifadəçilərin fikirlərini dəyişmək məqsədilə dil modellərinə əsaslanan süni intellekt botları yerləşdirilib. Lakin bu eksperiment "Reddit" istifadəçilərinin heç birindən razılıq alınmadan həyata keçirilib.
Valyuta.az xəbər verir ki təcrübə İsveçrənin "Zürix Universiteti" tərəfindən aparılıb. Layihənin əsas məqsədi süni intellektin ictimai rəydə manipulyativ gücünü sınaqdan keçirmək olub. Botlar insan kimi davranaraq istifadəçilərin paylaşdığı şəxsi məlumatlara uyğun cavablar verib, onların əvvəlki şərhlərini analiz edərək fərdi yanaşmalar tətbiq edib.
Tədqiqatçılar bildiriblər ki, süni intellekt hesablarının real şəxs olduğunu göstərmələri zəruri olub, çünki bu faktın açıqlanması eksperimentin mahiyyətini pozardı. Botlar müxtəlif rollarda – zorakılıq qurbanı, psixoterapevt, sağalmaz xəstə və ya dini, irqi azlıqların nümayəndəsi kimi təqdim olunub.
Tədqiqat zamanı botlar istifadəçinin cinsi, yaşı, yaşadığı yer, etnik və siyasi mənsubiyyətini müəyyənləşdirərək fərdi şəkildə cavablar hazırlayıb. Bu, süni intellektin nə dərəcədə təsir gücünə malik olduğunu ölçmək üçün edilib.
"Reddit"in daxili qaydalarına görə, botların və süni intellekt alətlərinin açıq şəkildə qeyd olunmadan istifadəsi qadağandır. Bu səbəbdən eksperimentin aparıldığını öyrəndikdən sonra subreddit-in moderatorları universitetə rəsmi şikayət göndəriblər. Onlar tədqiqatın etik qaydaları pozduğunu və nəticələrinin nəşr olunmamalı olduğunu bildiriblər.
Məlum olub ki, alimlər əvvəlcədən universitetin etik komissiyası ilə razılaşdırılmış protokoldan da kənara çıxıblar. Əvvəldə yalnız dəyərlərə əsaslanan arqumentlərdən istifadə olunacağı nəzərdə tutulsa da, sonradan botlar emosional və şəxsi hekayələrə yönəlib. Həm də bu metod dəyişikliyi barədə komissiyaya məlumat verilməyib.
Zürix Universiteti isə bu məsələ ilə bağlı rəsmi cavabında bildirib ki, eksperimentin bəzi suallar doğurması mümkündür, lakin əsas tədqiqatçıya verilən töhmətlə kifayətlənmək qərarına gəlinib. Universitet vurğulayıb ki, layihənin nəticələri əhəmiyyətlidir və mümkün zərər minimumdur, buna görə nəşrin qarşısını almaq nisbətsiz addım olardı.
Moderatorlar isə bu yanaşmanı qəbuledilməz sayır. Onların fikrincə, fərdiləşdirilmiş arqumentlərin təsiri onsuz da müxtəlif tədqiqatlarda araşdırılır və belə manipulyasiyalara real icmalar cəlb olunmadan nail olmaq mümkündür.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il Azərbaycanda yaşıl dövlət istiqrazlarının buraxılması planlaşdırılır
08.12.2025Daha 207 mənzil ucuz qiymətə satışa çıxarıldı
08.12.2025İş adamının 4 milyonu ələ keçirildi - Biri federasiya prezidenti olub
08.12.2025
Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
08.12.2025"By Ruslan"ın sahibi yeni restoran açır: "Əlimdən hər şeyi ala bilərlər, amma..."
08.12.2025Dövlət Gömrük Komitəsi büdcə proqnozuna tam əməl edə bilməyib
08.12.2025
"Wall Street"in aparıcı strateqlərindən 2026-cı il üçün proqnozlar
08.12.2025Əmlak sığortası üzrə 196 milyon sığorta haqqı ödənilib
08.12.2025Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI
08.12.2025Bəzi məhsullar niyə məhz kassa yanında olur?
08.12.2025Bu kolleclərə yeni təyinatlar oldu
08.12.20252026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər keşbek verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025