Redaktor
“Qarabağ Taxıl” nizamnamə kapitalını 3.9 milyon manat azaldıb
"Qarabağ Taxıl" MMC nizamnamə kapitalında dəyişiklik edib.
Valyuta.az xəbər verir ki, şirkət nizamnamə kapitalı 3 milyon 919 min 945 manat azaldılaraq 5 milyon 52 min 442 manat məbləğində müəyyən edilib.
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, kreditorlar nizamnamə kapitalı azaldılan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini, vaxtından əvvəl icrasını və ya dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirlər.
Qeyd edək ki, cəmiyyət 18 aprel 2012-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Vüqar Baloğlanovdur.
Dəyişiklikdən əvvəl cəmiyyətin nizamnamə kapitalı 8 milyon 972 min 387 manat təşkil edib.
Mayya Hüseynova