Redaktor
“PAŞA Holdinq”in yeni törəmə şirkəti - “PAŞA Maliyyə Holdinq” təsis edilib
2025-ci il 30 dekabr tarixindən etibarən “PAŞA Holdinq”in yeni törəmə şirkəti olan “PAŞA Maliyyə Holdinq” fəaliyyətə başlayıb.
“PAŞA Maliyyə Holdinq”in əsas məqsədi “PAŞA Holdinq”ə daxil olan maliyyə şirkətlərini, eləcə də bankçılıq, sığorta, fintek, e-ticarət sahələrindəki investisiya portfelini mərkəzləşdirilmiş şəkildə idarə etməkdir.
Belə ki, hazırda “PAŞA Maliyyə Holdinq”in birbaşa tabeliyində “PAŞA Bank Azərbaycan”, “PAŞA Bank Gürcüstan”, “PAŞA Bank Türkiyə”, “Bir” ekosistemi (“Kapital Bank”, “Competo” və “PashaPay”), “PAŞA Sığorta”, “PAŞA Həyat” və “PAŞA Technology” şirkətləri fəaliyyət göstərir.
“PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov yeni strukturlaşma ilə bağlı bildirib: “PAŞA Maliyyə Holdinq”in yaradılması maliyyə və əlaqəli aktivlərimizin daha çevik, fokuslanmış və uzunmüddətli dəyər yaradan şəkildə idarə olunmasına imkan verəcək. Bu addım holdinqin strateji inkişaf mərhələsində mühüm dönüş nöqtəsidir”.
HOLDİNQƏ KİM RƏHBƏRLİK EDƏCƏK?
“PAŞA Maliyyə Holdinq”in baş icraçı direktoru vəzifəsinə bundan əvvəl “PAŞA Holdinq”in baş icraçı direktorunun müavini və “Bir” ekosisteminin baş icraçı direktoru kimi fəaliyyət göstərmiş Fərid Məmmədov təyin edilib.

""PAŞA Maliyyə Holdinq"in əsas prioriteti maliyyə və texnologiya yönümlü bizneslərin sinerjisini gücləndirmək, innovativ həllər vasitəsilə müştəri dəyərini və əməliyyat səmərəliliyini artırmaqdır", - deyə Fərid Məmmədov bildirib.
Yeni vəzifəsi ilə yanaşı, F.Məmmədov, eyni zamanda “Bir” ekosisteminin Müşahidə Şurasının sədri kimi də fəaliyyətini davam etdirəcək.
YENİ HOLDİNQƏ NƏLƏR DAXİLDİR?
Yeni struktura əsasən “PAŞA Holdinq”in idarəçiliyi altında beş alt vertikal olacaq ki, bura maliyyə sektorunu (bankçılıq, sığorta, fintek, e-ticarət və s.) əhatə edən “PAŞA Maliyyə Holdinq”i, daşınmaz əmlak, hotel biznesi, eləcə də pərakəndə ticarət mərkəzlərinin idarə olunması sektorlarını əhatə edən “PAŞA Real Estate Qrup”u, kənd təsərrüfatı sektorunu əhatə edən “AgroDairy”, supermarketlər şəbəkəsi “Bravo” və pərakəndə xidmətlər, restoran biznesi, turizm və əyləncə sahəsini əhatə edən “Ventures Qrup” daxildir.
Xatırladaq ki, “PAŞA Holdinq” ölkənin ən böyük özəl şirkətlərindən biridir. 2006-cı ildə təsis olunan holdinq maliyyə, daşınmaz əmlak, kənd təsərrüfatı, supermarket şəbəkələrinin idarə olunması, eləcə də pərakəndə xidmətlər və əyləncə sahələrində fəaliyyət göstərir və fəaliyyət göstərdiyi ölkələrdə vətəndaşların yaşayış standartlarının yüksəldilməsinə töhfə verməyi hədəfləyir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu şəxslər iş yerində ixtisara gedə bilər
17.01.2026Qanunsuz və sənədsiz evlərlə bağlı nələr gözlənilir? - VİDEO
17.01.2026İnşaat işçisinin bəxti gətirdi: Cibindəki 2 avroya bir mənzil aldı
17.01.2026Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun DETALLARI
17.01.2026“Dünyanı dəyişən ideyalar”ın siyahısı açıqlandı
17.01.202616 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı
17.01.2026Qadınlar üçün bir neçə halda maaşın ödənilməsi qaydası dəyişdi
17.01.2026XIII Qlobal Bakı Forumu bu tarixlərdə keçiriləcək
17.01.2026Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar bahalaşıb?
17.01.2026Bazar günü Bakıya sulu qar, rayonlara qar yağacaq
17.01.2026Kərə yağı ilə bağlı ziddiyyət: Yenə də bahalaşacaq
17.01.2026
Rauf Vəliyev vəzifəsini buna görə itirib? - SƏBƏB
17.01.2026Məzuniyyətlər birləşdiriləcək - Yeni qayda
17.01.2026Bu şəxslərə azı 46 gün məzuniyyət veriləcək
17.01.2026
"Moody's" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqladı
17.01.2026