Redaktor
Özəl bankların iqtisadiyyata kredit qoyuluşu 22 milyard manatı keçib
2025-ci ilin yanvar–dekabr aylarında Azərbaycanda özəl banklar tərəfindən iqtisadiyyata yönəldilən kreditlərin həcmi 22 milyard 195,7 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 868,7 milyon manat və ya 9,1% artıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–dekabr aylarında özəl bankların iqtisadiyyata kredit qoyuluşu 20 milyard 327 milyon manat olmuşdu.
Hesabat dövründə ümumilikdə Azərbaycan iqtisadiyyatına yönəldilən kreditlərin həcmi 31 milyard 946,7 milyon manata çatıb ki, bu da illik müqayisədə 2 milyard 658,5 milyon manat və ya 9,07% artım deməkdir.
Qeyd edək ki, 2024-cü ilin yanvar–dekabr aylarında ümumi kredit qoyuluşu 29 milyard 288,2 milyon manat təşkil etmişdi.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərElektron satınalma hesabına büdcəyə 786,6 milyon manat qənaət edilib!
28.01.2026Azərbaycanda Ümumdünya Şəhərsalma Forumu ilə bağlı vergi güzəştləri ola bilər
28.01.2026TikTok artıq sizi izləyir - Özünüzü necə qorumalısınız?
28.01.2026"Samsung" bu markadan bir milyon ədəd istehsal edəcək
28.01.2026İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı
28.01.2026Neft Fondundan ərəb şirkətinə 1 milyard dollarlıq investisiya yatırımı
28.01.2026Özəl bankların iqtisadiyyata kredit qoyuluşu 22 milyard manatı keçib
28.01.2026“IDEALISE 2” inkubasiya proqramına qeydiyyat başladı!
28.01.2026