"OpenAI"nin dəyəri 852 milyard dollara çatdı, amma hələ də mənfəət əldə edə bilmir

Redaktor

01.04.2026 11:58
83

"OpenAI"nin dəyəri 852 milyard dollara çatdı, amma hələ də mənfəət əldə edə bilmir

Süni intellekt sahəsində fəaliyyət göstərən "OpenAI" son maliyyələşmə turunda 122 milyard dollar investisiya cəlb edib.

Valyuta.az xəbər verir ki, bu investisiya nəticəsində "OpenAI"nin şirkətin investisiya aldıqdan sonrakl dəyəri 852 milyard dollara yüksəlib.

Maliyyələşmə turunda "Amazon", "Nvidi"a, "Microsoft" və "SoftBank" kimi iri tərəfdaşlar iştirak edib.

Qeyd edək ki, bu göstərici şirkətin bir ay əvvəl açıqladığı 730 milyard dollarlıq dəyər və 110 milyard dollarlıq investisiyadan sonra daha da artım deməkdir. Həmçinin, bu dəfə maliyyələşmə turuna fərdi investorlar da qoşulub və onlar ümumilikdə 3 milyard dollardan çox vəsait yatırıb.

Açıqlamaya əsasən, "OpenAI" hazırda aylıq təxminən 2 milyard dollar gəlir əldə edir. Şirkətin illik gəliri ötən il 13,1 milyard dollar olub.

Bununla belə, "OpenAI" hələ də mənfəət əldə etmir. Şirkət süni intellekt modellərinin hazırlanması və infrastruktur xərclərinə böyük vəsait sərf edir. Mövcud temp qorunarsa, 2030-cu ilə qədər xərclərin yarım trilyon dollara çatacağı bildirilir.

Müqayisə üçün qeyd edək ki, rəqib "Anthropic" yanvarda 25 milyard dollar investisiya cəlb edərək 350 milyard dollar dəyərə çatıb. "xAI" isə eyni dövrdə 230 milyard dollar dəyər əldə edib.

Şirkətin yaxın planlarına ilkin ictimai təklif (IPO) də daxildir. Məlumata görə, "OpenAI" 2026-cı ilin sonuna qədər birjaya çıxmağa hazırlaşır.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...