Redaktor
“9fin” şirkəti 170 milyon dollar investisiya alıb
Böyük Britaniyada yerləşən “9fin” 170 milyon dollar həcmində C seriyası investisiya cəlb edib. İnvestisiya turuna “HarbourVest Partners” liderlik edib.
Valyuta.az xəbər verir ki, daha əvvəl fintech startapı “9fin”in 50 milyon dollar investisiya cəlb etdiyi bildirib.
2016-cı ildə təsis edilən şirkətin dəyərləndirməsi 1,3 milyard dollara yüksəlib. Bununla da “9fin”in ümumi cəlb etdiyi investisiya həcmi 250 milyon dolları ötüb.
Şirkət açıqlayıb ki, yeni maliyyə vəsaiti süni intellekt imkanlarının inkişaf etdirilməsi, məlumat bazasının genişləndirilməsi və ABŞ bazarında böyümənin sürətləndirilməsi üçün istifadə olunacaq.
“9fin” Stiven Hanter (Steven Hunter) və Huss El-Şeyx (Huss El-Sheikh) tərəfindən təsis edilib. Şirkət qlobal borc bazarları üçün süni intellekt əsaslı platforma hazırlayır.
Platforma kredit, istiqraz və özəl kredit bazarlarına dair məlumatları PDF sənədlər, e-poçtlar və məlumat otaqları kimi müxtəlif mənbələrdən toplayaraq vahid sistemdə birləşdirir. Toplanan məlumatlar süni intellektlə dəstəklənən iş axınları vasitəsilə təhlil olunur. Bu həll kredit mütəxəssislərinə imkanları daha sürətli müəyyənləşdirməyə, riskləri qiymətləndirməyə və qərarvermə prosesini optimallaşdırmağa şərait yaradır. Şirkətin xidmətlərindən banklar, aktivlərin idarə olunması şirkətləri, hüquq və konsaltinq firmaları daxil olmaqla 300-dən çox maliyyə qurumu istifadə edir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNike-in bərpa planı gecikir, səhmlər kəskin ucuzlaşıb
01.04.2026Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi - FOTOLAR
01.04.2026Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır
01.04.2026Bakıda məktəbdə tədris dayandırıldı - SƏBƏB
01.04.2026
Vəsiyyətnamədə adı olmayan kimlər miras ala bilər? - Vəkil açıqladı
01.04.2026“Qala Sığorta” ASC-nin yığımları 55,5% azalıb
01.04.2026"Meta" yeniyetmələrə zərər verdiyinə görə məsuliyyətə cəlb edildi
01.04.2026"Azərbaycan alüminiumu" ASC ləğv edilir
01.04.2026"Bakubus" 865 min manatlıq müqavilə imzalayıb
01.04.2026Sığorta bazarı kiçildi - 3 milyonluq itki - RENKİNQ
01.04.2026Sabah 25 dərəcə isti olacaq
01.04.2026"Expressbank"ın İdarə Heyətində yeni TƏYİNAT - FOTO
01.04.2026
Tale Heydərov işində fantastik məbləğ - Tanınmış iş adamı axtarışa verildi
01.04.2026Bu şəxslərin 5 illik səlahiyyət müddəti bitir
01.04.2026"OpenAI"nin dəyəri 852 milyard dollara çatdı, amma hələ də mənfəət əldə edə bilmir
01.04.2026Xarici şirkətin avtomobilləri 50% endirimlə satışa çıxarılır
01.04.2026“9fin” şirkəti 170 milyon dollar investisiya alıb
01.04.2026Aprel ayına olan hava proqnozu açıqlandı
01.04.2026