Redaktor
Banklar sahibkarlara nə qədər kredit verib? - MƏBLƏĞLƏR
2025-ci ilin oktyabr ayında ölkədə biznes kreditləri üzrə ümumi portfel 15 milyard 623.4 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 995.3 milyon manat və ya 6.8 faiz çoxdur. 2024-cü ilin eyni dövründə ümumi biznes kreditlərinin həcmi 14 milyard 628.1 milyon manat olmuşdu.
Hesabat dövründə sahibkarlıq subyektləri üzrə kredit bölgüsünə nəzər saldıqda, bütün kateqoriyalar üzrə artım qeydə alınıb.
Mikro sahibkarlıqda kreditlərin həcmi 3 milyard 442.4 milyon manata çatıb.
İri sahibkarlığa verilmiş kreditlərin həcmi 2024-cü ilin oktyabrında 8 milyard 236.3 milyon manat olduğu halda, 2025-ci ildə bu rəqəm 8 milyard 285.5 milyon manata yüksəlib. Nəticədə artım 49.2 milyon manat və ya 0.59 faiz təşkil edib.
Orta sahibkarlıq subyektlərinə yönəldilən kreditlər 2024-cü ilin oktyabrında 1 milyard 795.1 milyon manat səviyyəsində olub. 2025-ci ildə isə bu göstərici 2 milyard 266.1 milyon manata çatıb. Beləliklə, bir il ərzində bu sahədə 471 milyon manat və ya 26.2 faiz artım müşahidə olunub.
Kiçik sahibkarlığa ayrılan kreditlər də artıb. Əgər 2024-cü ilin oktyabrında bu sahəyə 1 milyard 572.6 milyon manat kredit ayrılmışdısa, 2025-ci ildə bu rəqəm 1 milyard 629.4 milyon manata yüksəlib. Artım 56.8 milyon manat və ya 3.6 faiz təşkil edib.
Mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi isə 2024-cü ilin oktyabrında 3 milyard 024.1 milyon manat olub. 2025-ci ildə isə bu sahəyə yönəldilən kreditlər 3 milyard 442.4 milyon manata çatıb. Müvafiq olaraq, artım 418.3 milyon manat və ya 13.8 faiz təşkil edib.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezidentdən idxal-ixrac, tranzit, nəqliyyat və logistika ilə bağlı FƏRMAN
15.12.2025Daha 18 KOB subyekti vergidən azad olundu
15.12.2025Sabah bəzi rayonlara qar yağacaq
15.12.2025Üç tələbə "Facebook"u klonlayıb öz sosial şəbəkələrini yaratdı
15.12.2025Alimentdən yayınan valideynləri nə gözləyir?
15.12.2025"Fed"ə namizəd "Hassett"dən mesaj: Tramp qərarlara təsir göstərə bilməz
15.12.2025Balakənin icra başçısı rüşvəti belə yığıb - DTX video yaydı
15.12.2025Dərman istehsalında 5 milyonluq artım - Statistika
15.12.202561 min manat vergi borcu olan şirkət ləğv olunur
15.12.2025Azərbaycanda kolbasa istehsalı artıb
15.12.2025Bu şəxslərə əlavə 150 manat maaş hesablanacaq
15.12.2025İki kredit ittifaqına icrası məcburi olan göstəriş verilib
15.12.2025Yeni icra başçısı 23 illik müavini vəzifədən azad etdi
15.12.2025Dövlət büdcəsindən ən çox hansı sahələrə vəsait xərclənir? - Siyahı
15.12.2025Alkoqolsuz içki istehsalı artıb
15.12.2025Mərkəzi Bank bu şirkətin vəzifəli şəxsini 10 min manat cərimələdi
15.12.2025Son 5 ildə Azərbaycanda 15 mindən çox avtomobil istehsal olunub
15.12.2025Bu universitetin yataqxanası təmir ediləcək - 1 milyonluq layihə
15.12.2025