Milyonçuların pulları ilə etdikləri 6 qəribə davranış

Redaktor

12.12.2025 11:30
360

Milyonçuların pulları ilə etdikləri 6 qəribə davranış - SƏHƏR OXUSU

Milyonçuların əksəriyyəti yalnız fərqli düşünmür, həm də pullarını adi insanlardan tamamilə fərqli şəkildə idarə edirlər. Onların davranışları bəzən qəribə görünsə də, məqsəd zaman və vəsaiti daha effektiv idarə etməkdir.

Valyuta.az milyonçuların pulları ilə gördüyü ən qeyri-adi 10 davranışı təqdim edir.

1. Ferrari-ni bir neçə günlüyünə kirayə götürmək

Lüks idman avtomobilləri həm baha başa gəlir, həm də dəyərini sürətlə itirir. Onları almaq əvəzinə milyonçular xüsusi tədbirlər və görüntü üçün sadəcə bir neçə günlüyə kirayə götürürlər.

2. Özəl təyyarə xərclərini bölüşmək

Milyonçular artıq bütün özəl təyyarəni icarəyə götürmək məcburiyyətində deyil. JSX, Aero kimi xidmətlər təyyarədə yalnız yer almağa imkan verir. Surf Air kimi platformalar aylıq üzvlüklə limitsiz uçuşlar təklif edir.

3. Səyahət zamanı pulsuz qalmaq

Varlı insanlar bir-birindən ödəniş almırlar, onlar xidmət mübadiləsi edirlər.
Milyonçuların villalarında qalmaq mümkün deyilsə, HomeExchange, LoveHomeSwap, TrustedHousesitters və Nomador kimi platformalar vasitəsilə ev dəyişmək və ya ev qoruyuculuğu edərək pulsuz qalmaq mümkündür.

4. Pullarını mütəxəssislərə idarə etdirmək

Milyonçular investisiya qərarlarını tam özləri vermirlər. Onlar portfeli balanslaşdırmaq, vergi optimallaşdırılması və digər əməliyyatlar üçün mütəxəssislərdən istifadə edirlər.

5. Vaxt satın almaq

Milyonçular üçün ən dəyərli resurs pul deyil, vaxtdır.
Onlar ev işləri, təmizləmə, sənədləşmə və digər vaxt aparan işləri başqalarına həvalə edərək öz vaxtlarını qazanc gətirən fəaliyyətlərə ayırırlar.
Bu da daha çox gəlirin əsasını qoyur.

6. Həyat və əmək qabiliyyəti sığortasından imtina

Milyonçular kifayət qədər kapitala sahib olduqları üçün həyat və əlillik sığortasına ehtiyac duymurlar.
Yüksək yığım nisbəti (məsələn, 60–70%) zamanı da ailə kənar risklərdən sığortalanmış kimi olur. Bu da əlavə qənaət və daha sürətli sərvət artımı deməkdir.

Robert Kiyosakinin məşhur sözünə görə, “orta sinif pul üçün çalışır, zənginlər isə pulu özləri üçün çalışdırır”.
Milyonçuların bu davranışlarının məqsədi də məhz budur: müxtəlif aktivlərdən gəlir əldə etmək, zaman qazanmaq və sərvəti daha ağıllı şəkildə yönləndirmək.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

20.01.2026

Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı

20.01.2026
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB

20.01.2026

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

20.01.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

20.01.2026

2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI

20.01.2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

20.01.2026

"ClickHouse" 400 milyon dollar investisiya alıb

20.01.2026

Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub

20.01.2026

 Bakı metrosunda interval azaldılacaq? - Rəsmi

20.01.2026

Stolüstü kompüter istehsalı 52% azalıb

20.01.2026

Trampdan qərar: Fransa şərablarına yüksək rüsum tətbiq ediləcək

20.01.2026

Ceyhun Bayramov: İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı mütəmadi fəaliyyətdəyik

20.01.2026

Qızılın qiyməti 4700 dolları ötüb

20.01.2026

DYP-dən sürücülərə xəbərdarlıq

20.01.2026

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

20.01.2026

Mərkəzi Banka ən çox borcu olan BANKLAR - CƏDVƏL

20.01.2026

ABŞ-nin dövlət borcu rekord həddə çatdı

20.01.2026

Niyə pulumuzu idarə etməkdə çətinlik çəkirik? - SƏHƏR OXUSU

20.01.2026

20 Yanvar faciəsindən 36 il ötür

20.01.2026

Məzənnə

Yüklənir...