Redaktor
Mbappe İspaniyada ev almaq üçün nə qədər xərcləməli olacaq?
Yayda "Real"a keçəcəyi bildirilən Kilyan Mbappenin İspaniyada yeni ev almağa hazırlaşdığı bildirilir.
Valyuta.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Futbolçunun yeni evinə inanılmaz miqdarda pul xərcləyəcəyi gözlənilir.
La Liqada çempionluq uğrunda mübarizə aparan "Real"a azad agent kimi transfer olunacağı gözlənilən və son günlərdə bu vəziyyəti PSJ rəhbərliyinə çatdırdığı bildirilən Mbappenin Madriddə özünə yeni ev axtardığı deyilir.
Bəzi məşhur idmançılara İspaniyada ev tapmağa kömək edən bir pərakəndə satış qrupunun baş direktoru Lidiya Martinez, "Marca"ya açıqlamasında, futbolçunun yeni ev almaq üçün təxminən nə qədər xərcləməli olacağı haqda danışıb. O, “Mbappe məşq etmək üçün böyük bir sahə istəyir. Hansı ki, bu, Madrid şəhərinin mərkəzində mümkün deyil. Amma hər dəfə restorana getmək istəyəndə 45 dəqiqə maşın sürməklə şəhərdən kənarlaşa biləcək futbolçu da deyil. Təcrübəmə əsasən deyə bilərəm ki, belə məşhurlar adətən qiymətə baxmır. Onlar özləri üçün ideal evi tapana qədər kirayədə yaşayırlar. Təxminlərimə görə, o, ev almaq üçün 12-16 milyon avro arasında məbləğ xərcləməli olacaq. Kirayə üçün isə o, ayda 25-35 min avro ödəmək məcburiyyətindədir. İstəsə hazır ev də alar. Ya da 2,5 il gözləyə bilər ki, torpaq alıb öz evini tiksin” - ifadələrini işlədib.
Martinez Mbappeyə Madridin kənarındakı dəbdəbəli La Moraleja bölgəsinə köçməsini təklif edib. Vinicius Junior və Mbappenin gələcək komanda yoldaşlarının bir çoxunun hazırda genişlik və məxfilik təklif edən bu ərazidə yaşadığı məlumdur.
Mbappe ilə Madrid arasında indiyədək heç bir razılığın əldə olunmadığı açıqlansa da, 25 yaşlı oyunçunun İspaniya nəhənginə keçəcəyinin təsdiqlənməsinə az qaldığı bildirilir.
Elmir
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib
14.03.2026Azərbaycanda dövlət agentliyi ləğv edildi
14.03.2026Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı
14.03.2026Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ
14.03.2026“Wonderful” 150 milyon dollar investisiya alıb
14.03.2026Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?
14.03.2026Azərbaycan neftinin qiyməti 109 dolları keçdi
14.03.2026Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb
14.03.20262 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU
14.03.2026Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026