Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Redaktor

17.05.2025 19:30
395

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

20 may tarixində Bakıda “International HR Summit 2025” tədbiri keçiriləcək.

Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov Valyuta.az-a açıqlamasında bildirib ki, 20 May – Beynəlxalq HR Günü ölkəmizdə keçiriləcək “International HR Summit 2025” tədbiri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti on il ərzində reallaşdırılması planlaşdırılan 5 Milli prioritetdən 3-cüsü olan “Rəqabətli insan kapitalı və Müasir innovasiyalar” prioritetinə əsaslanaraq dünyada insan resursları üzrə tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən qlobal Sammitdir.

Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə ilk dəfə baş tutacaq “International HR Summit 2025” tədbirində Avropa ölkələri, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan, BƏƏ, Maldiv İnsan Resursları Assosiasiyalarının prezidentləri və idarə heyətinin üzvləri, həmçinin BP, SOCAR, Azərconnect Group, PAŞA Holding, Veysəloğlu Holding, STP Şirkətlər Qrupunun İnsan resursları üzrə baş direktorları vahid platformada insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs edəcəklər.

20 May - Beynəlxalq HR günü keçiriləcək tədbirin ən mühüm tarixi hadisələrindən biri “Türkdilli Dövlətlərin HR İttifaqı”nın ilk dəfə Bakıda təsis edilməsidir.

Tədbir iştirakçıları dünyanın insan resursları üzrə nüfuzlu HRCI və SHRM təşkilatları tərəfindən ən yüksək beynəlxalq akkrediyasiyaya malik 10.00 (PDC’s) peşəkar inkişaf kreditlərinə malik «Sertifikat» ilə təltif olunacaq, həmçinin qlobal insan resursları trendləri, İnsan yönümlü liderlik, rəqəmsal insan resursları və süni intellekt, öyrənmə və inkişafın perspektivləri və s. maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olacaqlar.

Ətraflı məlumat və müraciət üçün tədbirin rəsmi saytı təqdim olunur: //ihrs2025.az/ 

Qeyd edək ki, Azərbaycan HR İnstitutu tərəfindən 2022-ci ildə “Baku International CEO Summit”, 2023-cü ildə “Global HR Summit”, 2024-cü ildə “World HR Summit” və “COP29 Human Capital Forum” tədbirləri uğurla həyata keçirilib.

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON

Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON

13.01.2026

Daha 9 startap vergidən azad olundu

13.01.2026

Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb"

13.01.2026

İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi

13.01.2026

Azərbaycanda lüks avtomobil şirkəti kapitalını 16,5 milyon manat azaldıb

13.01.2026

İlham Əliyev Ağdərənin Çapar kəndində görülmüş işlərlə tanış olub

13.01.2026

İlham Əliyev Ağdərənin Heyvalı kəndində görülmüş işlərlə tanış olub

13.01.2026
Kəşbek pulu kimdən çıxır - bank, mağaza, yoxsa müştəridən?

Kəşbek pulu kimdən çıxır - bank, mağaza, yoxsa müştəridən?

13.01.2026

Azərbaycanda son 5 ildə nə qədər təbii qaz istehsal olunub?

13.01.2026

Prezident Tərtər və Ağdərəyə səfər etdi

13.01.2026

"Apple" geri addım atdı, yeni "Siri"ni ən böyük rəqibinə etibar etdi

13.01.2026

"Alphabet"in bazar dəyəri 4 trilyon dolları keçdi

13.01.2026

Azərbaycan Turizm Bürosunun sədr müavini işdən çıxıb - YENİ VƏZİFƏ

13.01.2026

Sabah Bakıda sulu qar yağacaq, güclü külək əsəcək

13.01.2026

İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib

13.01.2026

Avropa bankları Bakı milyonçusunun pullarını qaytarmır

13.01.2026

İlon Maskın sərvəti ilə nələr almaq olardı?

13.01.2026

“Azercell" bu gündən qiymətləri qaldırdı

13.01.2026

Rektor özünə müşavir təyin etdi - FOTO

13.01.2026
"CFI Financial İnvestisiya Şirkəti"ndə 2 milyardlıq geriləmə

"CFI Financial İnvestisiya Şirkəti"ndə 2 milyardlıq geriləmə

13.01.2026

Məzənnə

Yüklənir...