“PSG Kapital”ın biznes itkiləri 8 milyon manatı ötüb

Redaktor

11.02.2025 19:38
955

“PSG Kapital”ın biznes itkiləri 8 milyon manatı ötüb

 "PSG Kapital İnvestisiya Şirkəti"nin 2025-ci ilin yanvar ayında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 32 əqd üzrə  1,8 4 milyon manat təşkil edib. 

Valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 82% və ya 8,3 milyon manat azalıb. Belə ki, 2024-ci ilin yanvar ayında "PSG Kapital”ın dövriyyəsi 10,18 milyon manat təşkil edib.  Bu dövrdə investisiya şirkətinin birja əməliyyatlarının tam həcmi korporariv istiqrazlarla bağlı olub. 

Qeyd edək ki, "PSG Kapital” bu ilin ilk ayında daxili birjada dövriyyəsi ən çox azalan ikinci şirkət olub. 

Xatırladaq ki, “PSG-Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,25 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% Faiq Məmmədovdur ("PSG Finans" MMC bank olmayan kredit təşkilatının 12,5%-lik təsisçisi).

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...