Redaktor
“Aqrarkredit” BOKT-un əmlakları təkrar satışa çıxarılır - Qiymətlər endirildi
Əmlak Məsələləri Dövlət Xidməti yanvarın 30-da hərrac keçirəcək.
Valyuta.az xəbər verir ki, hərrac "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlakların satışı ilə bağlıdır.
Hərraca start qiyməti 585 min manatdan başlayan 3 ədəd mənzil çıxarılacaq. Bununla bağlı "Aqrarkredit" QSC BOKT-un hesabına köçürüləcək behin məbləği 29 min 250 manatdır.
Qeyd edək ki, 10 yanvar tarixində BOKT eyni əmlakları 650 min start qiyməti ilə satışa çıxarmışdı.
30 yanvar 2025-ci il tarixində təkrar hərraca çıxarılan "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlakların siyahısı:
| Daşınmaz əmlakın adı | Ünvan | Daşınmaz əmlakın ümumi sahəsi (kv.m) |
| Mənzil | Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 1/4, mənzil 2 | 83.55 |
| Mənzil | Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 1/4, mənzil 17 | 20 |
| Mənzil | Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 1/4, mənzil 18 | 64.1 |
| Valyuta.az |
Əvəz Həsənov