Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru vəfat etdi

Redaktor

05.03.2025 11:57
194

Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru vəfat etdi

Milli Elmlər Akademiyasının sabiq professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev (Novruzoğlu) vəfat edib.

Valyuta.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, dünən həbsxanada dünyasını dəyişib.

Mərhum dünən torpağa tapşırılıb.

Qeyd edək ki, R.Vəliyev 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il azadlıqdan məhrum edilmişdi. Professor Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunmuşdu.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...