Kirayə üsulu ilə satışa çıxarılan mənzillər üçün şərtlər – Minimum 3, maksimum 25 il...

Redaktor

20.05.2024 18:13
728

Kirayə üsulu ilə satışa çıxarılan mənzillər üçün şərtlər – Minimum 3, maksimum 25 il...

İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4434 vətəndaşla İpoteka və Kredit Zəmanət Fondu  arasında kirayə müqaviləsi bağlanıb.

Valyuta.az xəbər verir ki, bir neçə gün öncə İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 328 tam təmirli mənzil vətəndaşlara təqdim edib.

 Bildirilib ki, mənzillərin aylıq ödənişləri 376 manatdan başlayır. Mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 23 may 2024-cü ildən etibarən açıq olacaq. 

Bəs kirayə mənzillər vətəndaşlara hansı şərtlərlə verilə bilər?

Kirayə üsulu ilə ev almaq istəyənlər Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan şəxs olmalıdır. Həmin şəxsin fonda kirayə mənzil üçün müraciət anına qədər vaxtı keçmiş öhdəlikləri olmamamlədır. Bundan əlavə şəxsin yaşı 60-dan yuxarı olmamalı və rəsmi gəlirləri olmalıdır.

Həmin şəxslərlə kirayə müqaviləsi minimum 3 maksimum 25 il müddətinə imzalanır. Həmin mənzillərə görə isə ilkin ödəniş aylıq ödənişin ən azı 12 misli Azərbaycan manatı dəyərində olmalıdır.  Son ödəniş tarixinə qədər yaşı 70 yaşdan çox olan şəxslərlə müqavilə bağlanmır. 

Kirayə mexanizmi çərçivəsində satışa çıxarılan mənzillərin yerləşdiyi binalar 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilməlidir. Mənzillərin satıldığı dövrün tələbinə uyğun olaraq tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə təchiz olunmalıdır. Binaların tikintisi isə standart və normalara cavab verməli, infrastruktur obyektlərə yaxın olmalı, sakinlərin istirahəti üçün həyatyanı sahəyə malik olmalıdır. 

Bundan əlavə həmin mənzillər bazar qiymətinə uyğun olaraq fond tərəfindən sığortalanır. 

Davud

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO

20.01.2026

Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək

20.01.2026

Milyarderlərə saxta Davos biletləri satılıb

20.01.2026

Metroda xətlərin ayrılacağı tarix açıqlandı

20.01.2026

Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb

20.01.2026

BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər

20.01.2026

"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir

20.01.2026

Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi

20.01.2026

İctimai iaşə dövriyyəsi artıb

20.01.2026

"ChatGPT"də reklamlar necə yayımlanacaq?

20.01.2026

Uşaqlar üçün olan bu məhsul bahalaşdı

20.01.2026

İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

20.01.2026

Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı

20.01.2026
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB

20.01.2026

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

20.01.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

20.01.2026

2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI

20.01.2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

20.01.2026

"ClickHouse" 400 milyon dollar investisiya alıb

20.01.2026

Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub

20.01.2026

Məzənnə

Yüklənir...