İslam bankçılığı Azərbaycana da gəlir - faizsiz kredit ala biləcəyik?

Redaktor

14.10.2025 10:39
1,297

İslam bankçılığı Azərbaycana da gəlir - faizsiz kredit ala biləcəyik?

Azərbaycan bank sektorunda yeni mərhələ başlayır. Beynəlxalq reytinq agentliyi olan "Moody’s" bildirir ki, 2026-cı ildən etibarən ölkədə İslam maliyyə prinsiplərinə əsaslanan “İslam pəncərələri” fəaliyyətə başlayacaq.

Bu model vətəndaşlara faizsiz, lakin gəlir paylaşımı və risk bölüşdürülməsi əsasında formalaşan maliyyə məhsulları təqdim etməyi nəzərdə tutur. Yeni sistemin məqsədi həm bankların gəlir mənbələrini genişləndirmək, həm də əhalinin bank xidmətlərinə çıxışını artırmaqdır.

İqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, İslam bankçılığı bu gün təkcə Yaxın Şərqdə deyil, həm də Qərb ölkələrində geniş tətbiq olunan bir modelə çevrilib.

“İslam bankçılığının beynəlxalq mərkəzlərindən biri, nə qədər qəribə səslənsə də, London hesab olunur. Bu şəhərdə İslam prinsiplərinə uyğun fəaliyyət göstərən böyük maliyyə institutları mövcuddur”, - deyə o bildirib.

Beynəlxalq agentliyin hesabatına görə, Azərbaycan məsələ ilə bağlı artıq müvafiq hüquqi çərçivəni formalaşdırmaq üzərində işləyir. Gələn ildən etibarən Mülki Məcəllə, “Banklar haqqında” və “Vergi Məcəlləsi”nə dəyişikliklər ediləcək, İslam prinsiplərinə əsaslanan maliyyə əməliyyatlarının əlavə dəyər vergisindən azad olunması planlaşdırılır. Bunun ardınca kommersiya banklarına “İslam pəncərələri” vasitəsilə xüsusi məhsullar təklif etməyə icazə veriləcək.

Natiq Cəfərlinin sözlərinə görə, bu modelin cəlbedici tərəfi təkcə faizsiz kredit sistemi deyil: “İslam bankçılığında əsas üstünlüklərdən biri şəffaflıq, riskin bölüşdürülməsi və real iqtisadi fəaliyyətə əsaslanmasıdır. Əgər Azərbaycanda bu prinsiplər tətbiq oluna və əhali tərəfindən maraq görsə, bu, həm bank sektorunda canlanma yaradacaq, həm də banklar arasında rəqabəti gücləndirəcək.”

Moody’s-in analitikləri də hesab edirlər ki, İslam maliyyəsinin inkişafı regionda artan tendensiyadır və Azərbaycan bu istiqamətdə Qırğızıstan və Özbəkistanın ardınca mühüm addım atır. Əgər proses uğurla başa çatarsa, ölkədə faizsiz kreditlər və “sukuk” adlı İslam istiqrazları vasitəsilə infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün tam yeni bir səhifə açılacaq.

©Modern.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Kritik minerallarda qlobal rəqabət: Tələb 2040-a qədər 350 faiz arta bilər

13.06.2026

2026-cı il dünya çempionatında ən yüksək maaş alan futbolçular

13.06.2026

Mehdiyevlərin bankı adını dəyişərək "T-Kredit" BOKT-a çevrildi

13.06.2026

Pulunu qənaətlə idarə edən insanların əsas maliyyə qaydası açıqlanıb

13.06.2026

Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib

13.06.2026

2026-cı ildə uzunmüddətli istifadə üçün alınmalı 4 kompakt avtomobil

13.06.2026

Dörd ayda Çindən idxal 1,47 milyard dollara çatıb

13.06.2026

“Atəşgah Həyat”ın ilk 4 aylıq ödənişləri və yığımları - CƏDVƏL

13.06.2026

Sürətli qazancın gizli bədəli: Qısamüddətli mənfəət naminə etimadı itirməyin

13.06.2026

Yüklərin sığortalanması üzrə sığorta haqları 455 min manat artıb

13.06.2026

Ödənişlərdə ən çox hansı kartlardan istifadə olunub? - CƏDVƏL

13.06.2026

BƏƏ İranın 10 milyard dollarlıq aktivlərinin dondurulmasını ləğv etmək qərarına gəlib

13.06.2026

Azərbaycan nefti ucuzlaşıb

13.06.2026

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

13.06.2026

Dünya bazarlarında neft 3%-dən çox ucuzlaşıb

13.06.2026

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

13.06.2026
Bir proqramçının darıxarkən yaratdığı oyun dünyanı fəth etdi

Bir proqramçının darıxarkən yaratdığı oyun dünyanı fəth etdi

13.06.2026

İşıq vasitəsilə internet: Wi-Fi-ni əvəz edəcək 362 Gbit/s sürətli texnologiya

12.06.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 4 dəfə azalıb

12.06.2026

"Instagram"da yeni təhlükə: Risk yalnız sosial media ilə məhdudlaşmır

12.06.2026

Məzənnə

Yüklənir...