Redaktor
İşğaldan azad edilmiş ərazilərdə 2500-ə yaxın şəxsin məşğulluğu təmin edilib
İndiyədək işğaldan azad edilmiş ərazilərdə məskunlaşdırılan şəxslərin 2500-ə yaxını işlə təmin edilib.
"Report"un Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin Strateji kommunikasiya departamentinin rəhbəri Mais Musayev deyib.
O qeyd edib ki, 1800-dən artıq şəxs isə vakansiyalar üzrə işlə təmin olunub: "Özünüməşğulluq proqramına 110 nəfər, peşə hazırlığına 100-ə yaxın şəxs, birgə maliyyələşmə üzrə reyestrə 14 nəfər cəlb olunub. Həmçinin, 800-ə yaxın şəxslə məşğulluğa cəlb olunmaq üçün iş aparılır".
Laçın üzrə məşğulluq göstəricilərinə gəlincə, M.Musayev vurğulayıb ki, Laçında köçün həyata keçirildiyi ərazilər üzrə 800-ə yaxın şəxs işlə təmin edilib.
"Burada 31 nəfər özünüməşğulluq proqramına, 34 nəfər isə peşə hazırlığına cəlb edilib. Laçında iki dəfə əmək, bir dəfə isə peşə yarmarkası keçirilib. Yarmarkalarda 44 müəssisə iştirak edib və 500-ə yaxın vakansiya təqdim edilib. Peşə yarmarkasında 15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunub. Ümumilikdə isə mütəmadi olaraq Laçında fəaliyyət göstərən işəgötürənlərlə görüşlər keçirilir, vakansiya tələbləri öyrənilir və birgə fəaliyyət təşkil olunur", - o əlavə edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib
11.02.2026Azərbaycanda startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb
11.02.2026"Paramount" "Warner Bros."a görə 2,8 milyard dollar cərimə ödəməyə hazırdır
11.02.2026"Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı
11.02.2026İlham Əliyev: Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub
11.02.2026İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib
11.02.2026"Spotify”dan rekord artım: 2025-ci ildə 751 milyon istifadəçi
11.02.2026