"iPhone 17" modellərindən biri rekord sürətlə dəyər itirir: Nə baş verir?

Redaktor

05.12.2025 17:35
24

"iPhone 17" modellərindən biri rekord sürətlə dəyər itirir: Nə baş verir?

Ultranazik “iPhone Air” satışdan sonra çox kəskin ucuzlaşıb - “SellCell” məlumatlarına görə, satışa çıxarıldıqdan cəmi on həftə sonra telefon başlanğıc qiymətindən 44–47% aşağıya satılır.

Valyuta.az xəbər verir ki, araşdırma ABŞ-da telefonların geri alınması ilə məşğul olan 40 şirkətin məlumatlarına əsaslanır. Bildirilir ki, bu, son illərdə bütün "Apple iPhone" modelləri arasında ən pis göstəricidir.

Xüsusilə 1 TB yaddaşa malik “iPhone Air” versiyası ən çox dəyər itirən model olub. Analitiklər bildirirlər ki, buna bənzər göstəricilər yalnız 2022-ci ildə “iPhone 14 Plus” və “iPhone 13 mini” modellərində qeydə alınmışdı.

Digər yeni "Apple" smartfonları ikinci əl bazarında belə kəskin ucuzlaşma göstərmir: ən az dəyər itirən 256 GB-lıq “iPhone 17 Pro Max” olub — model qiymətinin 26,1%-ni itirib. Əsas “iPhone 17” isə 32,9%-dan 40,8%-ə qədər ucuzlaşıb ki, bu da əvvəlki modellərin göstəricilərinə yaxındır.

Məlumatlar göstərir ki, "iPhone 17" qiymətləri satışın onuncu həftəsinə doğru sabitləşib, lakin "iPhone Air" üçün təkrar satış dəyəri düşməkdə davam edir. Ekspertlər bunu alıcıların bu modelin uzunmüddətli dəyəri barədə şübhələri ilə izah edirlər.

Xatırladaq ki, "iPhone Air" modelində rekord dərəcədə nazik — 5,6 millimetrlik — korpusa nail olmaq bir sıra kompromislər tələb edib. Cihaz daha kiçik tutumlu batareya və cəmi bir əsas kamera ilə təqdim olunub, lakin buna baxmayaraq 1000 dollar qiymət saxlanılıb.

Bundan əvvəl yayılan məlumatlara görə, "iPhone Air" satışlarının uğursuzluğu "Android" istehsalçılarını öz ultranazik smartfonlarından imtina etməyə vadar edib. Əsas çətinlik isə 6 mm-dən nazik qurğu hazırlayıb texniki göstəricilərdən güzəştə getməməkdir.

Bununla belə, "Apple" ilk modelin uğursuzluğuna baxmayaraq “iPhone Air 2” istehsal etməyi planlaşdırır. Mənbənin məlumatına görə, əsas yenilik 48 MP-lik ultra genişbucaqlı kameranın əlavə olunması olacaq; bu kamera əsas 48 MP modulunu tamamlayacaq və əsas "iPhone 17" ilə oxşar quruluşa sahib olacaq.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İnsanlar kütləvi şəkildə günəş panellərini satışa çıxarır: Səbəb nədir? 

05.12.2025

21 ildir fəaliyyət göstərən şirkət təsisçisini dəyişir

05.12.2025

Bu marşrutun avtobusları yeniləndi

05.12.2025

"iPhone 17" modellərindən biri rekord sürətlə dəyər itirir: Nə baş verir?

05.12.2025

Şirkət rəhbəri borca görə məhkəməyə verildi

05.12.2025

Yeni milli park yaradılır - Bu əraziləri əhatə edəcək

05.12.2025

"Etibarlı Tərəfdaş Konsepsiyası" təsdiq edilib - SƏRƏNCAM

05.12.2025

21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq - SƏRƏNCAM

05.12.2025

Lotereyada 9-cu lüks avtomobilin açarları təqdim edilib! ®

05.12.2025
Bu həkimlər işləyə bilmək üçün rüşvət verib -

Bu həkimlər işləyə bilmək üçün rüşvət verib - Siyahı və məbləğ

05.12.2025

InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib ®

05.12.2025

At ətini keyfiyyətli mal əti kimi satışa çıxardılar - 2 nəfər saxlanıldı

05.12.2025

Şirkət işçinin nahar müddətini 15 dəqiqə edə bilər?

05.12.2025

Azərbaycanda ən çox bu rayonlarda donuz saxlanılır

05.12.2025

Azərbaycan kərə yağını hansı ölkələrə satır?

05.12.2025

Dövlət Vergi Xidməti şirkət sahiblərinə bu məsələyə görə vaxt verib

05.12.2025

ABB sədrinin 1-ci müavini vəzifəsindən ayrıldı

05.12.2025

Macarıstan “Lukoil”in Azərbaycandakı aktivlərini almaq istəyir

05.12.2025

Yaponiyalı investorlar pulu özlərinə, Norveçlilər isə ABŞ-yə yatırır

05.12.2025

Əmanət faizlərinin ən yüksək olduğu rayonlar - SİYAHI

05.12.2025

Məzənnə

Yüklənir...