Dövlət Vergi Xidməti şirkət sahiblərinə bu məsələyə görə vaxt verib

Redaktor

05.12.2025 15:35
36

Dövlət Vergi Xidməti şirkət sahiblərinə bu məsələyə görə vaxt verib

Azərbaycan Respublikasının 11 aprel 2025-ci il tarixli 175-VIIQD nömrəli Qanunu ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişikliklər edilərək “benefisiar mülkiyyətçi” anlayışı və onun müəyyən edilməsi meyarları əlavə olunub, dövlət reyestrinə daxil edilən məlumatlar müəyyənləşdirilib.

Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti bildirir.

Benefisiar mülkiyyətçi son nəticədə hüquqi şəxsə və ya xarici hüquqi təsisata nəzarət edən və ya onun əsl sahibi olan, xeyrinə əməliyyat aparılan və əqdlər bağlanılan, yaxud son nəticədə effektiv nəzarəti həyata keçirən fiziki şəxs hesab olunur.

Qanunun 5.3.2-3-cü maddəsi hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı benefisiar mülkiyyətçi barədə təqdim olunmalı məlumatları müəyyən edir. Eyni zamanda, 12-ci maddəyə uyğun olaraq isə Qanun qüvvəyə minənədək dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər, həmçinin xarici hüquqi şəxslərin nümayəndəlik və filialları benefisiar mülkiyyətçilərini müəyyənləşdirməli, müvafiq məlumat və sənədləri dövlət reyestrinə təqdim etməlidirlər.

Məlumatların təqdim olunması müddətləri aşağıdakı kimidir:

  • iri sahibkarlıq subyektləri – 31 dekabr 2025-ci ilədək;
  • orta sahibkarlıq subyektləri – 30 iyun 2026-cı ilədək;
  • kiçik sahibkarlıq subyektləri – 31 dekabr 2026-cı ilədək;
  • mikro sahibkarlıq subyektləri – 31 dekabr 2027-ci ilədək

İnzibati Xətalar Məcəlləsinin 403-1-ci maddəsinə əsasən, benefisiar mülkiyyətçi barədə dürüst, dəqiq və yenilənmiş məlumatların qanunla müəyyən edilmiş qaydada və müddətlərdə təqdim edilməməsinə görə cərimə nəzərdə tutulur.

Beləliklə, benefisiar mülkiyyətçi məlumatlarının təqdim edilməsi həm yeni qeydiyyata alınan hüquqi şəxslər, həm də Qanun qüvvəyə minənədək mövcud olmuş hüquqi şəxslər üçün tələb olunur.

Benefisiar mülkiyyətçi məlumatlarının təqdim olunması Dövlət Vergi Xidmətinin 21.11.2025-ci il tarixli əmri ilə təsdiq edilmiş “Hüquqi şəxsin (xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının) dövlət qeydiyyatı haqqında ərizə” və onun “4 nömrəli əlavə”si (Benefisiar mülkiyyətçi (mülkiyyətçilər) barədə məlumat) vasitəsilə həyata keçirilir. Məlumatlar reyestrə daxil edildikdən sonra “Benefisiar mülkiyyətçi barədə dövlət reyestrindən çıxarış” vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Məlumatlar həm elektron qaydada, həm də kağız daşıyıcıda qeydiyyat orqanlarına təqdim edilə bilər.

Yuxarıda göstərilən müddətlərə riayət etməklə kommersiya hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin benefisiar mülkiyyətçiləri barədə məlumatların Dövlət Vergi Xidmətinin qeydiyyat strukturlarına təqdim edilməsi xahiş olunur. Dövlət qeydiyyatı üçün tələb olunan ərizə və digər sənəd nümunələri Xidmətin internet saytında mövcuddur.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Lotereyada 9-cu lüks avtomobilin açarları təqdim edilib! ®

05.12.2025

Bu həkimlər işləyə bilmək üçün rüşvət verib - Siyahı və məbləğ

05.12.2025

InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib ®

05.12.2025

At ətini keyfiyyətli mal əti kimi satışa çıxardılar - 2 nəfər saxlanıldı

05.12.2025

Şirkət işçinin nahar müddətini 15 dəqiqə edə bilər?

05.12.2025

Azərbaycanda ən çox bu rayonlarda donuz saxlanılır

05.12.2025

Azərbaycan kərə yağını hansı ölkələrə satır?

05.12.2025

Dövlət Vergi Xidməti şirkət sahiblərinə bu məsələyə görə vaxt verib

05.12.2025

ABB sədrinin 1-ci müavini vəzifəsindən ayrıldı

05.12.2025

Macarıstan “Lukoil”in Azərbaycandakı aktivlərini almaq istəyir

05.12.2025

Yaponiyalı investorlar pulu özlərinə, Norveçlilər isə ABŞ-yə yatırır

05.12.2025

Əmanət faizlərinin ən yüksək olduğu rayonlar - SİYAHI

05.12.2025

Vəfat edən bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

05.12.2025

Dövlət Agentliyində sədrin müşaviri işdən çıxdı

05.12.2025

Son 6 ildə bu sığorta növündə nə yığım, nə də ödəniş olunmayıb

05.12.2025
 İl sonunda əməkdaşları motivasiya etməyin 5 yolu

İl sonunda əməkdaşları motivasiya etməyin 5 yolu

05.12.2025

160 milyon dollarlıq sərmayə ilə 8 milyardlıq startapa çevrildi

05.12.2025

"Linkedin" çökdü, bank tətbiqləri işləmir

05.12.2025

Xəzər Universiteti onlarla əməkdaşını əmək müqaviləsi olmadan işlədirmiş

05.12.2025

"Çıraqqala-Şabran" Qoruğu 20 min manatlıq müqavilə imzalayıb

05.12.2025

Məzənnə

Yüklənir...