Redaktor
Şirkət işçinin nahar müddətini 15 dəqiqə edə bilər?
Biz bilirik ki, sağlamlıq cəhətdən bir neçə dəqiqədə yemək yemək ziyandır. Lakin bir çox iş yerləri işçiyə 15 dəqiqə nahar fasiləsi verir. İşçi 15 dəqiqədə naharını etməli və tez işinin başına dönməli olur. Qanunvericilikdə bu iş prinsipi haqqında nə deyilir, yəni bir işçi iş yerində necə nahar etməlidir? Əgər bir şirkət işçiyə 15-20 dəqiqə nahar üçün vaxt verirsə, bu, qanun pozuntusu sayılırmı?
Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov Valyuta.az-a bildirib ki, Əmək Məcəlləsinə əsasən gün ərzində işçiyə nahar və fasilə verilməlidir: "Qanunvericilikdə nahar və istirahət etmək üçün minimum və maksimum müddəti müəyyən olunmayıb. Amma göründüyü kimi, yalnız həmin fasilə nahar üçün yox, eyni zamanda istirahət etmək üçün verilməlidir. Adətən, iş yerlərində nahar fasiləsi 1 saat olur. Qeyd etdiyimiz kimi, bu, tək nahar üçün yox, istirahət üçün də fasilədir. Bu, elə müəyyən olunmalıdır ki, işçi bu vaxt ərzində həm nahar etməli, həm də istirahət etməli - hava almalı, gəzməlidir".

Ekspert qeyd edir ki, iş günü ərzində fasilələrin olması işin gedişatına müsbət təsir göstərir: "Fasilə ilə tətbiq olunan iş əməkdaşların sağlamlığına, motivasiyasına müsbət təsir göstərir. Bu baxımdan bir çox hallarda fasiləsiz iş faydalı iş əmsalının aşağı düşməsinə səbəb ola bilər".
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərŞirkət rəhbəri borca görə məhkəməyə verildi
05.12.2025Yeni milli park yaradılır - Bu əraziləri əhatə edəcək
05.12.2025"Etibarlı Tərəfdaş Konsepsiyası" təsdiq edilib - SƏRƏNCAM
05.12.202521 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq - SƏRƏNCAM
05.12.2025Lotereyada 9-cu lüks avtomobilin açarları təqdim edilib! ®
05.12.2025
Bu həkimlər işləyə bilmək üçün rüşvət verib - Siyahı və məbləğ
05.12.2025InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib ®
05.12.2025At ətini keyfiyyətli mal əti kimi satışa çıxardılar - 2 nəfər saxlanıldı
05.12.2025Şirkət işçinin nahar müddətini 15 dəqiqə edə bilər?
05.12.2025Azərbaycanda ən çox bu rayonlarda donuz saxlanılır
05.12.2025Azərbaycan kərə yağını hansı ölkələrə satır?
05.12.2025Dövlət Vergi Xidməti şirkət sahiblərinə bu məsələyə görə vaxt verib
05.12.2025ABB sədrinin 1-ci müavini vəzifəsindən ayrıldı
05.12.2025Macarıstan “Lukoil”in Azərbaycandakı aktivlərini almaq istəyir
05.12.2025Yaponiyalı investorlar pulu özlərinə, Norveçlilər isə ABŞ-yə yatırır
05.12.2025Əmanət faizlərinin ən yüksək olduğu rayonlar - SİYAHI
05.12.2025Vəfat edən bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək
05.12.2025Dövlət Agentliyində sədrin müşaviri işdən çıxdı
05.12.2025Son 6 ildə bu sığorta növündə nə yığım, nə də ödəniş olunmayıb
05.12.2025