Redaktor
Macarıstan “Lukoil”in Azərbaycandakı aktivlərini almaq istəyir
Macarıstanın MOL neft-qaz şirkəti ABŞ rəsmilərinə Rusiyanın “Lukoil” şirkətinin xaricdəki aktivlərini almaqda maraqlı olduğunu bildirib.
Bu barədə "Reuters" agentliyi məsələ ilə tanış üç mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilib ki, “Lukoil” hazırda "Exxon Mobil", "Chevron" kimi ABŞ nəhəngləri, həmçinin Yaxın Şərqdən potensial investorlarla danışıqlar aparır.
Mənbələrin məlumatına görə, MOL şirkəti “Lukoil”ə məxsus Avropadakı neftayırma zavodları və yanacaqdoldurma məntəqələrini, həmçinin Azərbaycan və Qazaxıstandakı hasilat layihələrindəki payları almaqda maraqlıdır.
Qeyd edilib ki, Macarıstanın baş naziri Viktor Orban bu məsələni 9 noyabrda Ağ Evdə ABŞ prezidenti Donald Trampla müzakirə edib. Noyabrın sonunda Orban Rusiya prezidenti Vladimir Putinlə də görüşüb və danışıqlardan sonra “məcburi satışlar fonunda iki-üç böyük müqavilə üçün yeni imkanların açıldığını” bildirib.
Qeyd edək ki, ABŞ oktyabrın 22-də “Lukoil”, “Rosneft” və onların 34 törəmə şirkətinə qarşı sanksiyalar tətbiq edib. Bundan sonra “Lukoil” xarici aktivlərinin satışına başlayıb. ABŞ Maliyyə Nazirliyi noyabrda şirkətin beynəlxalq biznesinin satışı ilə bağlı əməliyyatlara 13 dekabradək icazə verən xüsusi lisenziya verib.
©Modern.az
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu həkimlər işləyə bilmək üçün rüşvət verib - Siyahı və məbləğ
05.12.2025InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib ®
05.12.2025At ətini keyfiyyətli mal əti kimi satışa çıxardılar - 2 nəfər saxlanıldı
05.12.2025Şirkət işçinin nahar müddətini 15 dəqiqə edə bilər?
05.12.2025Azərbaycanda ən çox bu rayonlarda donuz saxlanılır
05.12.2025Azərbaycan kərə yağını hansı ölkələrə satır?
05.12.2025Dövlət Vergi Xidməti şirkət sahiblərinə bu məsələyə görə vaxt verib
05.12.2025ABB sədrinin 1-ci müavini vəzifəsindən ayrıldı
05.12.2025Macarıstan “Lukoil”in Azərbaycandakı aktivlərini almaq istəyir
05.12.2025Yaponiyalı investorlar pulu özlərinə, Norveçlilər isə ABŞ-yə yatırır
05.12.2025Əmanət faizlərinin ən yüksək olduğu rayonlar - SİYAHI
05.12.2025Vəfat edən bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək
05.12.2025Dövlət Agentliyində sədrin müşaviri işdən çıxdı
05.12.2025Son 6 ildə bu sığorta növündə nə yığım, nə də ödəniş olunmayıb
05.12.2025